Hz. Mehdi (əs) quru bir ağac əkəndə də ağac dərhal yaşıllaşıb, yarpaqlayacaq. (Əl-Qəvlu’l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Müntəzər, səh. 43)
O (Mehdi), quru qamış ağacını quru bir yerə əkəcək, ağac o anda yaşıllaşıb yarpaqlayacaq. (Qiyamət Əlamətləri, səh. 165)
Mehdi bir yerə quru bir budaq əkər və budaq yarpaqlayıb yaşıllaşar. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, səh. 67)
Hədislərdə buna işarə edilmiş ola bilər:
Hz. Mehdi (əs) quru ağaca bənzədilən və əvvəl quru ağac kimi ətrafına faydası olmayan bir insana nəvaziş və doğru yol göstərərək onu yaşıllaşmış, bar vermiş bir ağac kimi ətrafına, yəni dininə və bütün bəşəriyyətə faydalı bir insan edəcəyinə işarə edilmişdir. (Ən doğrusunu Allah bilir)
Əsrində cahil, xəsis və qorxaq olan adam dərhal alim, comərd və cəsur olacaq. (Qiyamət Əlamətləri, səh. 186)
Bu hədisdə də eyni şəkildə əvvəl cahil, xəsis və qorxaq olan bir insanın axırzamanın böyük mürşidinin təbliğ və təlimi ilə, inşaAllah, savadlı, comərd və cəsur insan olacağına, əvvəllər sanki quru və faydasız bir ağacın yaşıllaşıb yarpaqlaması kimi, şəxsiyyətini dəyişdirəcəyinı işarə edilmişdir. (Ən doğrusunu Allah bilir)
İmam Rəbbani də əsərlərində özünə verilən gücü eyni şəkildə təsvir etmişdir:
Allah-Təala hidayət işində mənə böyük bir güc verdi. Belə ki, quru bir ağaca sevgi göstərsəm, o quru ağac dərhal zoğ atar. (Məktubat-i Rəbbani, 1/18)