Peyğəmbərimiz (səv) hz.Mehdiyə (əs) bir çox böhtanlar atılacağını, ancaq onun bütün bunlara qarşı çox səbirli və təvəkküllü davranacağını, din əxlaqını yaşamaqda və təbliğ etməkdə qətiyyətli olacağını bildirmişdir. Hz.Mehdinin (əs) bu üstün əxlaqı hədislərdə belə bildirilir:
İnsanlar haqqa dönənə qədər mübarizəsinə davam edəcək. (Əl Qövlül-Müxtəsər Fi Əlamətil-Mehdiyyil-Müntəzər, səh. 23)
Fitnələrin qarşısını almaqda çətinlik çəkməyən, öldürülməkdən çəkinmədən yolundan dönməyən, əhli-Beytimdən bir şəxs sahib olmadan günlər və gecələr bitməyəcək. (Kitabül Burhan fi Əlamətil-Mehdiyyil-Axırzaman, səh. 12)
Peyğəmbərimiz (səv) başqa bir hədisində bütün təzyiqlərin və hücumların hz.Mehdini daha da gücləndirəcəyinə işarə etmişdir:
Mömin şəxs (Mehdi) Dəccalı gördükdə:”Ey insanlar! Rəsulullahın bəhs etdiyi Dəccal budur” – deyər. Dəccal dərhal onunla bağlı əmrini verər, o şəxs qarnı üzərində uzadılar və sonra: “Götürün, onu yaralayın” deyər. Həmin şəxsin kürəyi və qarnı döyə-döyə genişləndirilər. Onu iki əli və iki ayağı ilə tutub atar. İnsanlar Dəccalın onu bir alovun içinə atdığını zənn edərlər. Halbuki o, cənnətin içinə atılmışdır. (Mehdilik və İmamiyyə, İbrahim Süleymanoğlu, səh. 40)
Hədisdə məcazi mənada işlədilən “kürəyinin və qarnının döyə-döyə genişləndirilməsi” ifadəsi əleyhində qurulan bütün tələlərin hz.Mehdini (əs) daha da gücləndirəcəyinə, təbliğinin təsirini daha da artıracağına işarə edə bilər. (Doğrusunu Allah bilir.)
Həmçinin, Dəccal və tərəfdarlarının bütün tələlərinin, hər cür böhtanlarının hz.Mehdi (əs) və tələbələrinin xeyrinə olacağına da işarə edilir. Hz.Mehdinin əleyhindəki bütün fəaliyyətlər saleh möminlərin dünya miqyasında daha yaxşı tanınmasına, Allaha imanlarının artmasına və Allahın izni ilə cənnətdə dərəcələrinin yüksəlməsinə vəsilə ola bilər. (Doğrusunu Allah bilir.)