Şənbə , Noyabr 30 2024
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Keçmişdə göndərilən peyğəmbərlər də qövmləri tərəfindən tanınmamışlar

Keçmişdə göndərilən peyğəmbərlər də qövmləri tərəfindən tanınmamışlar

Keçmiş dövrdə göndərilən peyğəmbərlər və elçilər də, adətən, qövmləri tərəfindən tanınmamış və yalanlanmışlar. Məsələn, Peyğəmbərimiz hz. Muhəmmədin (səv) bütün bəşəriyyətin hidayəti üçün göndərilmiş müqəddəs bir elçi olduğu peyğəmbərliyinin ilk dövrlərində insanların böyük bir qismi tərəfindən inkar edilmişdir. Xüsusilə yəhudi və xristianların əksəriyyəti bir çox məlumata sahib olduqları halda, hz. Muhəmmədin (səv) peyğəmbərliyini qəbul etməmişdir.

Peyğəmbərimizin (səv) özündən əvvəl endirilmiş kitabları təsdiqləyən, insanlar arasındakı ixtilafları aradan qaldıran bir müjdəçi və xəbərdaredici olaraq göndərildiyinin yüzlərlə dəlili olduğu halda, bu insanlar hz. Muhəmmədə (səv) tabe olmamışlar. Halbuki Qurandan əvvəl vəhy edilmiş kitablarda bu peyğəmbərlərdən sonra bir elçi gələcəyi xəbər verilmiş və bu elçi gələndə insanların ona tabe olmalı olduqları bildirilmişdir. Bu haqda Quranda belə bildirilir:

O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər… (Əraf surəsi, 157)

Başqa bir ayədə isə əvvəlcə özlərinə kitab verilmiş yəhudi və xristianların Peyğəmbərimizi (səv) yaxından tanıdıqları, onun Peyğəmbər olduğunu bildikləri halda, bu həqiqəti gizlətdikləri xəbər verilmişdir:

Kitab verdiyimiz şəxslər onu (peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir. (Bəqərə surəsi, 146)

Digər bir ayədə də bu insanların, əslində, Qurani-Kərimin haqq kitab olduğunu bildikləri xəbər verilmişdir:

De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ənam surəsi, 114)

Ancaq yəhudilər və xristianlar arasından vicdan sahibi, səmimi möminlər Peyğəmbərimiz (səv) gəldiyi zaman haqqı qəbul etmiş və Peyğəmbərimizə (səv) tabe olmuşlar. Ayələrdə belə buyurulur:

…Biz xaçpərəstik!” – deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə Cənnətə daxil edəcəyinə ümid edirik”. (Maidə surəsi, 82-84)

Bütün bunlara baxmayaraq yəhudi və xristianların bir qismi Peyğəmbərimizin (səv) sonuncu haqq peyğəmbər, Quranın da sonuncu haqq kitab olduğuna inanmamış, gördükləri bütün əlamətlərə və dəlillərə baxmayaraq, Peyğəmbərimizə (səv) itaət etməmişlər. Həmçinin, hz. İbrahim kimi bir çox peyğəmbərin də qövmü tərəfindən (Ənkəbut surəsi, 16-25) qəbul edilmədiyi Quran ayələrində bildirilir.
“…Yusuf onları tanıdı, onlar isə onu tanımadılar.” (Yusif surəsi, 58) ayəsi ilə hz. Yusifin qardaşları tərəfindən tanınmadığı xəbər verilmişdir. Hz. İsa və hz. Mehdi (əs) gələndə də insanların bir qismi bütün dəlilləri gördükləri halda, şəxsi mənfəətləri uğrunda bu mübarək şəxsləri tanımaya və insanlardan gerçəkləri gizlədə bilərlər.

HƏMÇİNİN BAX

Kobud söz və küfrün yayılması

Kobud söz və küfrün yayılması Axırzaman bir-birilərinə kobud söz və küfrlə müraciət edən insanların sayının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir