Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / Axırzamanda qarışıqlıq və fitnələr insanların çətin vəziyyətə düşməsinə səbəb olacaq

Axırzamanda qarışıqlıq və fitnələr insanların çətin vəziyyətə düşməsinə səbəb olacaq

Peyğəmbərimizin (s.ə.v) hədislərində xəbər verdiyinə görə hz. Mehdinin ortaya çıxmasından əvvəlki dövr fitnə və qarışıqlıqların geniş yayıldığı, insanların əzab və sıxıntı çəkdikləri, yoxluqların olduğu, dəhşətli müharibələrin yaşandığı çətin bir dövrdür. Mövzu ilə əlaqəli bəzi hədislər belədir:

Mehdi çıxmazdan əvvəl millətlər arasında ticarət və yollar kəsiləcək, insanlar arasında fitnələr çoxalacaqdır… (Əl Qəvlül Müxtəsər Fi əlamət-il Mehdiyy-il Müntəzər, Ahmed İbni Hacer-i Mekki, s. 39-40)

Dünya hərc-mərc (qarışıqlıq, fitnə) içində qaldıqda, fitnələr zühur etdikdə, böyük kiçiyə mərhəmət etmədikdə, kiçik böyüyə hörmət göstərmədikdə, Allah onlardan düşmənliyin kökünü qazıyaraq dəlalət qalalarını fəth edəcək, əvvəlcə mənim ayaqda tutduğum kimi axırzamanda dini ayaqda tutacaq, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Hz. Mehdini) göndərəcəkdir.  (Təbərani ve Əbu Nuaymdan. əl-Müttəqi vr.84b; (İbn Asakirdən) Suyuti C,II s, 67)

Hədislərdə olan məlumatlar axırzamanda çox qan töküləcəyini, hücumların yayılacağını, şiddətin artacağını, qətliamların baş verəcəyini, müharibələrin və qarşıdurmaların yaşanacağını, ədalətin yerini haqsızlıq və zülmlərin alacağını, aclığın və yoxsulluğun çoxalacağını, insanların bir-birinə güvənməyəcəyini, saxtakarlıqların ediləcəyini, yalan danışmağın cəmiyyətin böyük qismində məqbul qarşılanmağa başlayacağını, əxlaqi dəyərlərin pozulacağını göstərir. Buna görə insanlar ard-arda gələn fəlakət və bəlalara məruz qalacaq, sıxıntı və əzabların ardı-arxası kəsilməyəcəkdir. Bir hədisdə belə bildirilir:

Çox əzablı vəziyyətlər və dərdli mənzərələr görülər. Fitnələr ard-arda davam edər… Bunların arasındafitnə, zorakılıq, həlak və qaçışmalar olar. Nə zaman” bitdi” deyilər, yenə də davam edər. Bu hadisələr o qədər şiddətlənər ki, içinə girmədiyi bir ev və zərəri toxunmayan bir Müsəlman qalmaz. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 36)

Peyğəmbərimiz (s.ə.v) bu qaranlıq mühitdə insanların aydınlığa çıxmasına səbəb olacaq, onlara həll yolları göstərəcək, axtardıqları hüzur və güvəni onlara təmin edəcək insanın hz. Mehdi olacağını xəbər vermişdir.

HƏMÇİNİN BAX

Hədislərdə hz. Mehdinin (əs) təbliğ gücü necə təsvir edilmişdir?

Hz. Mehdi (əs) quru bir ağac əkəndə də ağac dərhal yaşıllaşıb, yarpaqlayacaq. (Əl-Qəvlu’l Müxtəsər Fi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir