Aişədən (rə) nəql olunur :
“BU ÜMMƏTİN SONUNDA HASF (YERƏ BATMA), məsh ( surət dəyişdirmə) və KAZİF ( GÖYDƏN DAŞ YAĞMASI) OLACAQ…
(Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s. 111)
Əli ibn Əbu Talib və Əbu Hürəyrədən (rə) nəql edildiyinə görə Allahın Rəsulu (səv) belə buyurmuşdur:
“…Zəlzələ, yerlə bir olma fəlakətlərini, insanların donuz və ya meymun surətinə bürünməsini, GÖYDƏN DAŞ VƏ BUNA BƏNZƏR ŞEYLƏRİN YAĞMASINI GÖZLƏYİN!” (Tirmızi) (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s. 114)
Peyğəmbərimiz (səv) hədislərində axırzamanda “göydən daş və buna bənzər şeylərin yağacağını”, “zəlzələlərin olacağını”, “yerlə bir olma fəlakətinin baş verəcəyini” xəbər vermişdir.
Əsrimizdə dünyanın bir çox yerində bombardmanlar nəticəsində göydən daş yağır. Yerə düşən bombalar hədisdə “daş və buna bənzər şeylər yağacaq” sözləri ilə də ifadə edildiyi kimi, yerdəki torpağı və daşı qaldırıb insanların üstünə atır və bunun nəticəsində də geniş kütlələr halında insanların öldüyü fəlakətlər baş verir.