Müsəlmanlar Allahın peyğəmbərimizdən (s.ə.v) əvvəl göndərdiyi bütün peyğəmbərlərə iman edir və heç birini digərindən ayırmadan sevirlər. Eyni şəkildə haqq peyğəmbərlərə könüldən bağlanmış və onlarla birlikdə haqqı müdafiə etmiş səhabələrə də dərin sevgi və hörmət bəsləyirlər. Quran ayələrində peyğəmbər səhabələrlərindən bəhs edilən ifadələr belədir:
… Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz. Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Ali-İmran surəsi, 113-115)
Bizim üçün əsas olan Peyğəmbərimizin (s.ə.v) davranışıdır. Peyğəmbərimiz (s.ə.v.) öz dövründə yaşayan və Allaha iman edən yəhudilərə qarşı son dərəcə anlayışlı və ədalətli davranmışdır. Peyğəmbərimiz (s.ə.v.) və özündən sonrakı 4 xəlifənin dövründə kitab əhlinə son dərəcə mərhəmətlə yanaşılmış, bu kəslər qorunub diqqət mərkəzində saxlanılmış, haqlarında ədalətlə hökm verilmişdir. Peyğəmbərimiz (s.ə.v.) həm onları İslama dəvət etmiş, həm də Qurana görə onlara yaxşılıq edərək dinlərini rahat yaşamalarına icazə vermişdir.
Quran ayələrinə görə kitab əhlinə qəti şəkildə düşmən olmalı olan adamlardan ilki Peyğəmbərimiz (s.ə.v.) olmalı idi. Halbuki Peyğəmbərimizin (s.ə.v) və özündən sonra gələn xəlifələr dövründə müsəlmanlara sığınan, əmin-amanlıq istəyən və dindar yəhudilərə və digər kitab əhli mənsublarına son dərəcə mehriban münasibət göstərmələri tarixi sənədlərdə də yazılıdır. (Ətraflı məlumat üçün baxın: http://kitapehli.com/)
Allah ayələrdə bu insanların hökmünü belə açıqlayır:
Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər! (Maidə surəsi, 69)
Peyğəmbərimizin (s.ə.v) apardığı müharibələrə baxıldığında bunların hər zaman müdafiə məqsədli olduğunu görürük. Yəni peyğəmbərimiz (s.ə.v.) heç bir zaman ona müharibə elan etməyənlərə qarşı müharibə yolunu seçməmiş, ya da döyüşə son vermək istəyən və aman diləyənlərə qarşı döyüşü davam etdirməmişdir. Peyğəmbərimiz (s.ə.v.) Allahın Quranda qəti hökmlərlə bildirdiyi müharibə ayələrinə tamamilə sadiq qalmışdır. Quranda bu mövzu ilə əlaqədar olaraq belə bildirib:
Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir! (Bəqərə surəsi, 192)
… Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün… (Bəqərə surəsi, 191)
Yenə Peyğəmbərimizin (s.ə.v) Mədinənin ilk illərində hazırlatdığı Mədinə Birləşmiş Dövlət Müqaviləsinin 17-ci maddəsində “Yəhudilərdən bizə tabe olanlara kömək edilib yaxşı davranılacaq. Onlar heç bir haqsızlığa uğramayacaq, düşmənlərinə kömək edilməyəcək” – ifadəsi istifadə edilmişdir. Həmin müqavilənin 25-ci maddəsində, “Bəni-əfv yəhudiləri möminlərlə birlikdə tək bir ümmətdirlər. Onlar öz dinlərinə, müsəlmanlar da öz dinlərinə görə yaşayacaqlar” – ifadəsinə yer verilərkən, 36-cı maddədə isə “Müsəlmanlarla yəhudilər arasında yardımlaşma, nəsihət və xeyirxahlıq olacağı” – (İbn Kəsr, əs-Sire, II/322; Hamidullah, əl-Vesaik, s. 44-45; Şərq və Qərb qaynaqlarında birlikdə yaşamaq, s. 285) kimi ifadələr yer almışdır.
Peyğəmbərimizdən (s.ə.v) sonra hz. Əbubəkr (r.ə.) də Təbərriyə şəhəri fəth edildiyində burada yaşayan xristianlara kilsələrinə toxunulmayacağına dair zəmanət vermişdir. Hz. Ömər (r.ə.) Qüdsü fəth etdiyində Qüds xalqına biramannamə vermiş və kitab əhlinin ibadət yerlərinə toxunulmayacağını bildirmişdir. Yenə hz. Ömərin (r.ə.) Mədain xristianlarına verdiyi təəhhüddə “Xristian dininə itaət edənlərdən heç bir kimsə istəməyərək müsəlman edilməyə məcbur olunmaz” – qanunu yer almışdır. Hz. Osman (r.ə.) dövründə isə erməni şəhəri olan Debilin fəthi əsnasında şəhərdə yaşayan xristianlar, yəhudilər və atəşpərəstlərə verilən amannamədə məbədlərin qorunacağı zəmanəti göstərilmişdir. Yıxılan kilsələrin təmir edilməsinə, yeni sinaqoqların və monastırların tikilməsinə hər zaman icazə verilmişdir.