Şənbə , Noyabr 30 2024
Əsas səhifə / İttihadi-İslam / Dünyadakı zülmün dayanmasını istəyən müsəlmanların edəcəkləri şey səmimi qəlblə İttihad-i İslamı istəməkdir

Dünyadakı zülmün dayanmasını istəyən müsəlmanların edəcəkləri şey səmimi qəlblə İttihad-i İslamı istəməkdir

Allah Quranın bir çox ayəsində möminlərin bir-birlərinin vəliləri olduqlarını bildirmişdir. “Vəli” sözünün mənası dost, qoruyucu, köməkçi və dəstəkçidir. Buna görə müsəlmanların bir-birlərinə dost olmaları, bir-birlərini qorumaları və bir-birlərinə dəstək olmaları Allah’ın onlara bir əmridir.

Allah bir ayəsində möminlərin bir-birlərinə vəli olmalarınınvacib olduğunu belə ifadə edir:

 Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allah’a) boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə surəsi, 55)

Bir sonrakı ayədə isə Allah möminlərin bir-birlərinə dost və vəli olduqları təqdirdə inkarçılara qarşı davam etdirdikləri fikri mübarizədə mütləq qalib gələcəklərini belə bildirir:

Kim Allah’ı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allah’ın firqəsidir. (Maidə surəsi, 56)

Bu ayədən və Quranın daha bir çox ayəsindən aydın olur ki, möminlər bir-birlərini sevib dost olsalar, bir-birlərinə dəstək olsalar inkarçıların inananlara tətbiq etdikləri pisliklərə qəti olaraq son qoyacaq və Allah’ın əmr etdiyi gözəl əxlaqı yer üzündə hakim edəcəklər. Açıqdır ki, hal-hazırda dünyanın bir çox yerində yaşanan ədalətsizlikləri, zülm və haqsızlıqları dayandıracaq şey bütün müsəlmanların bir-birlərinə qardaşlıq münasibəti bəsləmələri, aralarındakı məsafəni ortadan qaldıraraq bir an əvvəl birləşmələri və İttihad-i İslamı meydana gətirmələridir. Möminlərin birləşmədikləri təqdirdə meydana gələcək mühiti isə Allah bir ayəsində belə xəbər vermişdir:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Heç şübhə yoxdur ki, Allah’dan qorxan, vicdan sahibi heç bir müsəlman, qardaşlarından üz çevirmənin və qardaşları ilə birləşməməyin qarşılığında ortaya çıxan qarışıqlığın və zülm mühitinin meydana gətirdiyi fitnənin günahını yüklənmək istəməz. Müsəlmanların birləşməsi üçün cəhd göstərməyən hər kəs şahid olduğu ağrılardan, zülm və haqsızlıqlardan, döyüşlərdən məsul olacaq.

Zülmün dayanmasını istəyən qardaşlarımız “Ya Rəbbi, İttihad-i İslamı bir an əvvəl meydana gətir” deyə dua etməlidirlər

Allah’ı, Peyğəmbərimizi (s.ə.v.) və mömin qardaşlarını sevən hər müsəlman, dünyanın dörd tərəfində əsarət altında yaşayan milyonlarla məzlum insanın, zülm görən, işgəncəyə məruz qalan, evlərindən sürgün edilən, yoxluq içində yaşamaq məcburiyyətində buraxılan qardaşlarının məsuliyyətini üzərində hiss etməli və onların dinclik və təhlükəsizliyə qovuşmaları üçün İslam dünyasının bir an əvvəl birləşməsini istəməlidir. Belə ki, zərər çəkmiş qardaşlarımızı yaşadıqları gərgin vəziyyətdən qurtarmağın ən qısa, ən təsirli, ən qəti yolu İttihad-i İslamın təmin edilməsidir.

Müsəlman dünyasının qurtuluşu üçün İttihad-i İslamı istəyən qardaşlarımız “Ya Rəbbi, İttihad-i İslamı bir an əvvəl yarat”, “İttihad-i İslamı dərhal meydana gətir” deyə Allah’a dua etməlidirlər. Allah möminlərin dualarına cavab verəndir. Bu gözəl və xeyirli duanı edən qardaşlarımız inşaAllah qısa müddət sonra dualarının qəbul olduğunu görəcəklər. İsrarla bu duanı edən, bu dua ilə bağlı fəaliyyətlərdə olan möminlər heç şübhəsiz böyük savab qazanacaqlar.

Təriqət ixtilafları sona çatmalı, fərqliliklər ayrılıq səbəbi olaraq qəbul edilməməlidir

Eyni Allah’a, eyni kitablara, eyni peyğəmbərlərə inanan, üzünü eyni qibləyə çevirən insanların bölünmələri, hətta düşmənçilik dərəcəsində bir-birlərinə cəbhə almaları ancaq şeytanın təlqini ilə meydana gəlmiş bir fitnədir. Bu fitnəyə bir an əvvəl dayan deyilməlidir. Sünni, şiə, vahabi, cəfəri və digər təriqətlərə mənsub bütün müsəlmanlar din qardaşı olduqlarını anlamalı, işgəncə görən, yurdlarından sürgün edilən, öldürülən, şikəst edilən müsəlmanların səslərini eşitməli, bu günə qədər çox vaxt itirdiklərini bir an əvvəl qavrayıb daha çox vaxt itirməmək üçün dərhal hərəkətə keçməlidirlər. Unudulmamalıdır ki, birləşmək və ayrılığa düşməmək, Allah’ın hamımıza fərz etdiyi bir hökmdür. Allah’ın bu hökmünü təcili yerinə yetirmək Allah’ın razılığına ən uyğun olan davranış olacaq.

Hal-hazırda zalım rəhbərliklərin təzyiq və zülmü altında yaşamaq məcburiyyətində qalan müsəlmanların acılarını göstərən bəzi şəkillər

(Fələstin)

Fələstin xalqı illərdir ki, şiddət və təzyiqə məruz qalır.

(Nepal)

Nepallı müsəlmanlar illərdir irqçi hindli vətəndaşlar tərəfindən zülm görürlər.

(Nigeriya)

Nigeriya qarşıdurmalarında ölən müsəlmanların əksəriyyəti özünü müdafiə edə bilməyəcək dərəcədə yaşlı insanlar və uşaqlardan ibarətdir.

(İraq)

İraq müsəlmanları illərdir böyük zülmə məruz qalırlar.

(Kəşmir)

Kəşmirli müsəlmanlar soyqırıma məruz qalır və öz torpaqlarında qorxu içində yaşayırlar.

  

(Şərqi Türkistan)

Çin rəhbərliyi tərəfindən öldürülən Şərqi Türkistanlı müsəlman türklərinin sayı 35 milyona çatmışdır.

HƏMÇİNİN BAX

İttihad-i İslam (İslam Birliyi)

Quran əxlaqının bütün dünyaya hakim olması, Quran-i kərimdə xəbər verilən, Peyğəmbərimizin (s.ə.v.) hədislərində bildirdiyi, İslam …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir