Şənbə , Noyabr 30 2024
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Haramların halal sayılması

Haramların halal sayılması

Haram olmasına baxmayaraq, insanlar bu gün fahişəlik, qumar, içki, faiz, rüşvət kimi əməllərdən əl çəkmirlər və bu, getdikcə daha da artır. Bu haram əməlləri edənlər təriflənir və harama daha çox təşviq olunurlar. Haramdan uzaq duranlar isə təhqir edilir və alçaldılır. Statistikalara görə, bu vəziyyət gündən-günə daha da pisləşir. Bir neçə on il ərzində sürətlə yayılan, insanların halala- harama diqqət yetirmədiyi, hər cür azğınlığın məqbul sayıldığı həyat tərzi hədislərdə bəhs edilənlərin gerçəkləşdiyini göstərir. Hz. Mehdinin çıxış əlaməti olan bu qaranlıq mühit hədislərdə belə təsvir edilir:

Bir fitnə baş verər, ardınca digər fitnələr törədilər. Birincilər sonuncuların qılıncla döyüşə geri dönməsini təmin edər və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə yayılar. Sonra da xəlifəlik yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturduğu halda gələr.(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 26)

Küfr hər yerə hakim olmadıqca və insanlar arasında yayılmadıqca Mehdi zühur etməz. Həmin vaxtda baş verənlər isə… küfrün istilasıdır. Onun hakimiyyətinin nəticəsidir. (Məktubatı Rəbbani, 2-259)

Hz. Mehdi bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)

 

HƏMÇİNİN BAX

Kobud söz və küfrün yayılması

Kobud söz və küfrün yayılması Axırzaman bir-birilərinə kobud söz və küfrlə müraciət edən insanların sayının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir