Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / Hz. Mehdi (ə.s) Allahın əmri olduğu üçün heç vaxt qan tökməyəcək

Hz. Mehdi (ə.s) Allahın əmri olduğu üçün heç vaxt qan tökməyəcək

1980-ci ildən bu günə kimi dünyada və siyasət aləmində baş verən bir çox hadisələr Mehdiyətə və Məsihə görə irəliləyir. İslam aləmi 1980 (Hicri 1400)-ci ildən həm Peyğəmbər Əfəndimizin hədislərindən, həm Quran ayələrinin işarətlərindən, həm də böyük İslam alimlərin müjdələdiyi Hz. Mehdinin zühurunu açıq şəkildə gözləməyə başlamışdır. Bu, həmçinin Tövrat və İncildəki məlumatlardakı, yəni Yəhudilərin Kral Məsih (Hz. Mehdi), Xristianların isə Hz. İsanın yenidən dünyaya gəlişini gözlədikləri tarixlərdir.

İndiyə qədər bəzi Evanjeliklərin (İncil yazıçılarının) və yalnış düşüncəli Müsəlmanların Mehdiyətin və Məsihliyin qan tökməsi, Müsəlmanlar və Kitab Əhli arasında böyük bir qarşıdurma yaradacağı kimi səhv inanclarına görə bir çox yalnış siyasət aparıblar. Xüsusilə, Evanjeliklərin Amerikanın xarici siyasətindəki rolu, həm İran və Əfqanıstan işğalına, həm milyonlarla günahsız Müsəlmanın, həm də Avropalıların və Amerkalıların qanının axmasına səbəb olmuşdur. Bəzi Evanjeliklər, fərqli məzhəblərdən olan Xristianlar və az sayda da olsa Yəhudilər qan tökülməsinin şiddətlə artacağını və Müsəlmanlarla Kitab Əhli arasında böyük bir qarşıdurma olacağını düşünürlər. İslam aləmində bəzi məlumatı az olan insanlar Hz. Mehdi Şiələri, Vəhabiləri, Yəhudiləri, Xristianları mərhəmətsizcə qətl edəcək, qan tökən birisi kimi göstərməkləri də qarşıdurmanın gözlənilməsini qaçınılmaz edir.

Halbuki, axır zamanın bundan sonrakı dövründə qan tökülməsini gözləyən hər kəs böyük bir yalnışlıq görəcək. Hz. İsa və Hz. Mehdi əsla qan tökməyəcək, tam tərsinə sevgiylə, şəfqətlə, gözəl sözlə, mərhəmətlə din əxlaqını hakim edəcəklər. Bu mövzuda bir qisim Evanjeliklər də, Kitab Əhlinə düşmən olan bəzi Müsəlmanlar da ciddi bir səhv düşüncə içindədirlər.

Hz. Mehdinin hər hansı bir qarşıdurma yaratması, hər hansı bir döyüşü təşviq etməsi və qan tökməsi əsla mümkün deyil, ÇÜNKİ ALLAH, HZ. MEHDİNİN QAN TÖKMƏMƏSİNİ ƏMR ETMİŞDİR. HZ. MEHDİ PEYĞƏMBƏRİMİZƏ ALLAH TƏRƏFİNDƏN BİLDİRİLDİYİ ƏXLAQA VƏ HÖKMLƏRƏ GÖRƏ HƏRƏKƏT EDƏCƏK, QURANA VƏ HƏDİSLƏRƏ İTAƏT EDƏCƏKDİR. Hz. Mehdi İslam əxlaqını hakim etmək üçün hansı yol ilə getməyi vacib olduğunu, hansı vəziyyətlər qarşısında necə rəftar etməsi lazım olduğu Peyğəmbərimiz tərəfindən geniş olaraq bildirilmişdir. Bu məlumatları Peyğəmbərimizə Cəbrayıl vəsiləsiylə verən Allahu Təaladır. Dolayısı ilə, Hz. Mehdinin atdığı hər addımda, verdiyi hər qərarda Allahın əmrinə uyğun olacaqdır. ALLAHIN HZ. MEHDİYƏ ƏMRİ “BİR DAMCI QAN TÖKMƏMƏSİ, BİR İNSANIN BURNUNUN BELƏ QANAMASINA YOL VERMƏMƏSİ, YATANIN DA OYADILMASININ MÜMKÜN OLMAYACAĞI ŞƏKİLDƏ SAKİT, MEHRİBANLIQLA VƏ NƏZAKƏTLƏ HƏRƏKƏT ETMƏSİDİR.”

Hz. Mehdiyə qan axıtmama əmri Peyğəmbərimiz Hz. Məhəmməd tərəfindən verilmişdir, qəti bir təlimatdır. Hz. Mehdi həyatının heç bir anında qan axıtmayacaqdır. Bunun əksini edən, yəni Peyğəmbərimizin təlimatına qaşı çıxaraq qan axıdarsa, onda o,  qəti şəkildə Mehdi deyildir.

HƏMÇİNİN BAX

Hədislərdə hz. Mehdinin (əs) təbliğ gücü necə təsvir edilmişdir?

Hz. Mehdi (əs) quru bir ağac əkəndə də ağac dərhal yaşıllaşıb, yarpaqlayacaq. (Əl-Qəvlu’l Müxtəsər Fi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir