Əbu Abdullah (İmam Cəfəri-Sadiq (əs)) buyurdu ki: “Ey Hişam! Mənə Əmr ibn Ubeydə nə etdiyini və ondan hansı sualı soruşduğunu xəbər ver. Hişam (Bu sualın cavabında Əmr ibn Ubeyd ilə aralarında olan söhbəti izah etdi) dedi ki: “Yoxsa Allah ürəyi bədənin digər orqanlarının şübhələrini aradan qaldırmaq üçün var edib? (Əmr ibn Ubeyd) Dedi ki: “Bəli!”, Hişam dedi ki: “Allah Təala sənin bədəninin orqanlarını özbaşına buraxmamış, onlara doğrunu təyin edən, şübhəli şeylərlə əlaqədar qəti inamı ortaya qoyan imam var etmişdir. Bunu edən Allah bütün insanları çaşqınlıq, şübhə və ixtilaflar içərisində qoyarmı? Onlar üçün müraciət edəcək, şübhələri üçün həll yolları axtaracaq, çaşqınlıqlarını aradan qaldırması üçün sığınacaq bir İmam təyin etməzmi? Sənin orqanlarının qarışıqlığını və şübhələrini aradan qaldırmaq üçün müraciət edəcəyi bir imam təyin etdiyi halda, bütün insanları qarışıqlıq və şübhələr içərisində unudarmı?”
Əbu Abdullah (İmam Cəfəri-Sadiq (əs)) güldü və belə dedi: “Ey Hişam! Bunları sənə kim öyrədib? Dedim ki: “Bunları səndən öyrənərək bir araya gətirdim.” İmam buyurdu ki: “Allaha and içirəm ki bu, İbrahim və Musanın səhifələrində olan gerçəklərdir.”
(Üsulu-kafi, Yaqub ibn İshaq Əl-Kuleyni, 1-ci cild, səh. 229)