Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Hz.Mehdi(ə.s)nin fiziki xüsusiyyətləri / Hz. Mehdi (ə.s.) heybətli bir şəxsdir

Hz. Mehdi (ə.s.) heybətli bir şəxsdir

Hz. Riza (ə.s) Rayyan b. Saltının Sən Sahib-ül Əmrsənmi? sualına belə cavab verdi: Bəli mən də Sahib-ül Əmr (əmr sahibiyəm), amma yer üzünü ədalətlə dolduracaq olan Sahib-ül Əmr mən deyiləm. Vəd edilmiş Qaim (hz. Mehdi (ə.s.)) irəli yaşlarda, amma gənc bir surətdə zühur edəcək. O QƏDƏR GÜCLÜDÜR Kİ, YER ÜZÜNÜN ƏN BÖYÜK AĞACINA DA ƏL UZATSA ONU KÖKÜNDƏN DARTIB ÇIXARAR, DAĞLAR ARASINDA FƏRYAD ETSƏ, SƏRT QAYALAR PARÇALANAR. Musanın əsası və Süleymanın üzüyü ondadır. …Allah istədiyi zamana qədər onu gözdən uzaq tutar. Daha sonra zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar.

(Bixar-ül Ənvar, c. 52, s. 32; İsbat-ul Hudat, c. 6, s. 19)

Rəvayətdə hz. Mehdinin (ə.s.) bədəncə bir ağacı yerindən çıxaracaq qədər, səsi ilə də qayaları parçalayacaq qədər güclü olduğu ifadə olunmuşdur. Burada hz. Mehdinin (ə.s.) həqiqətən də bir ağacı yerindən çıxaracaq, ya da yalnız danışaraq dağları, qayaları parçalayacaq şəkildə fövqəlbəşər və metafizik bir gücə sahib olacağının nəzərdə tutulmadığı aydındır.

Bu tərz bir izahata xalq arasında da tez-tez rast gəlinir. İnsanlar bədəncə güclü birini tərifləyərkən ümumiyyətlə, “aslan kimi adam”, “daşdan su çıxarar” kimi ifadələr istifadə edirlər. Ancaq bunlar həmişə rəmzi mənada istifadə edilir; yoxsa heç bir zaman üçün nəzərdə tutulan o insanın “bir aslana bənzəməsi” ya da “daşı qırıb su çıxarması” mənasında deyil. Mütəşabih olaraq həmin insanın gücünü və sağlam olduğunu vurğulamaq üçün edilən bir təşbih, yəni bənzətməli bir nümunədir.

Peyğəmbərimizdən (s.ə.v.) və Əhli Beytdən nəql edilən, hz. Mehdinin (ə.s.) xüsusiyyətlərini müxtəlif nümunə, bənzətmə və müqayisələrlə izah edən çox sayda etibarlı hədis və rəvayət vardır. Bu rəvayət də bunun nümunələrindən biridir. Allah Quranda da elçilərini “bədəncə və elmlə gücləndirdiyini” bildirmişdir:

… O (belə) demişdi: “DOĞRUSU ALLAH SİZƏ ONU SEÇDİ VƏ ONUN ELM VƏ BƏDƏNCƏ GÜCÜNÜ ARTIRDI. Allah, dilədiyinə mülkünü verər; Allah (rəhməti və gücü) geniş olandır, biləndir.” (Bəqərə surəsi, 247)

Hz. Mehdidə (ə.s.) Allahın bu təcəllisi görünəcək və hz. Mehdi (ə. s.) insanlardan, həm bədəncə, həm də səsi ilə çox güclü olacaq.

Ancaq, rəvayətdəki “səsi ilə dağları, qayaları yerindən oynadacağı” bənzətməsi, eyni zamanda hz. Mehdinin (ə.s.) sözlərinin çox hikmətli olacağını; dünyanın hər yerində hər kəs üzərində çox güclü bir təsir meydana gətirəcəyini göstərir.

HƏMÇİNİN BAX

Hz. Mehdi hz. Harun kimi olacaq

Hz. Mehdi hz. Harun kimi olacaq Abdullah ibn Həzildən rəvayət olundu. Dedi ki, Cəfər Sadiqə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir