Hz. Mehdinin (əs) zühurunun ardından ona tabe olan insanların ağıl və səmimiyyəti artacaq. Hz. Mehdi (əs) insanların əxlaq və şəxsiyyətinin kamilləşməsinə vəsilə olacaq və nəticədə insanların Allahın ayələrini anlama qabiliyyətini gücləndirəcək.
“Hz. Mehdinin (əs) təbliğ üsulu insanların qəlblərinin dərinliklərinə işləyən və Allaha ən səmimi qəlbdən yönəldən olacaq. Dindən uzaqlaşanlar ibadətlərinə, məmnunluğa və etibarlılığa qayıdacaqlar.” (İkdud Durar, səh. 156, Biharul-Ənvar, 53-cü cild, səh. 36, 280)
Hədisdə bildirildiyi kimi, hz. Mehdi (əs) İslam əxlaqını son dərəcə səmimi üsulla izah edəcək. Allah hz. Mehdinin (əs) səmimiyyətini də vəsilə edərək “Hadi” İsmi ilə təcəlli edəcək və insanlara hidayət verəcək. Hz. Mehdinin (əs) dövründə insanlar təmiz qəlblə Allaha iman gətirəcəklər və imanı zəifləmiş insanların imanı yenidən güclənəcək. Hz. Mehdinin (əs) İslam əxlaqını təbliğindəki səmimiyyətinə xüsusi diqqət yönəldilməsinin səbəblərindən biri onun dövründə insanlar arasında yaşanacaq qeyri-səmimi münasibətdir. Peyğəmbərimiz (səv), həmçinin iman gətirənlərin qəlblərinin məmnun olacağına və sülh, rahatlıq mühitinin meydana gələcəyinə diqqət çəkmişdir.