Çərşənbə , Aprel 2 2025
Əsas səhifə / Hz.Mehdi(ə.s)nin fiziki xüsusiyyətləri / Hz. Mehdi (ə.s.) Peyğəmbərimizin nəslindəndir

Hz. Mehdi (ə.s.) Peyğəmbərimizin nəslindəndir

Hz. Əlinin (r.ə.) rəvayətinə görə Rəsulullah (s.ə.v.) belə buyurdu:
Qiyamətin qopmasına zamanda yalnız bir gündən başqa vaxt qalmasa da, Allah (c. c.) mənim Əhl-i Beytimdən bir şəxsi (Mehdini göndərəcək.)

(Sünən-i Əbu Davud, 5/92)

Səid b. əl Müsəyyəbdən (r.ə.) Peyğəmbərimiz (s.ə.v.) belə buyurdu:
Mehdi qızım Fatimənin nəslindəndir.

(Sünən-i Ibn Mace, 10/348)

Mehdi ilə müjdələnin. O Qüreyşdən və Əhl-i Beytimdən bir şəxsdir.

(Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman , 13)

İbnu Məsud: Rəsulullah yaxud da belə buyurmuşdu deyir:
“…Əhl-i beytimdən birini, В bu şəxsin adı mənim adıma uyğundur, atasının adı da atamın adına uyğundur. Bu şəxs, yer üzünü, – əvvəllər zülmlə dolu olmasına baxmayaraq – ədalət və haqqaniyyətlə doldurar.”

(Tirmizi, Fitən 52, (2231, 2232))

Mənim Əhl-i Beytimdən bir şəxs bütün dünyaya hakim olana qədər günlər və gecələr getməz.

(ən-Necmu’s Sakıb, Ukayli)

“Mehdi mənim övladlarımdan biridir. Üzü səmada parlayan ulduz kimidir.”

(Əli b. Sultan Məhəmməd əl-Qari əl-Hənəfinin “Risalətül Məşrəb əlverdi fi məzhəbil Mehdi”)

“Mənim nəslimdən olan 40 yaşındakı Mehdidir. Üzü səmada parlayan ulduz kimidir.

(Əli b. Sultan Məhəmməd əl-Qari əl-Hənəfi “Risalətül Məşrəb Əlverdi fi Məzhəbil Mehdi”)

“Mehdi mənim övladlarımdandır. Onun üzü, parlaq ulduz kimidir.”

(Ukayli “ən-Nəcmu’s-sakıb fi Bəyanı Ənnə’l Mehdi ibn Övladı Əli b. Əbi Talib Alət-Təmam vəl kamal”)

HƏMÇİNİN BAX

Hz. Mehdi hz. Harun kimi olacaq

Hz. Mehdi hz. Harun kimi olacaq Abdullah ibn Həzildən rəvayət olundu. Dedi ki, Cəfər Sadiqə …