Hz. Mehdi (əs) böyük qorxular yarandıqdan sonra zühur edəcək
İbn Uqdah, o da Əhməd ibn Yusifdən, o da ibn Mehrandan, o da ibn Batinidən, o da atasından, o da Vuhaibdən, o da əbu Bəşirdən, o da İmam Muhəmməd Baqirdən nəql etdi:
Dedi ki:“Qaim insanlar arasında böyük faciələr, zəlzələlər, fitnələr, bəlalar, fəlakətlər, böyük anlaşılmazlıqlar, ərəblər arasında qorxunc cinayətlər, dində ixtilaflar,insanların bir-birilərinə etdikləri zülm və bir-birilərini yox etmək istəməsi səbəbindən səhər və ya axşam ölmək istəyəcəkləri qədər pis həyat sürmələri xaricində ortaya çıxmayacaq… Qaimin zühur etdiyi dövrdə yaşayıb, ona yardım edənlərdən olan (…) insan necə müqəddəs insandır.”(Qeybət Numani)
(Əllamə Muhəmməd Baqir əl-Məclisi, Biharul-Ənvar ingiliscə tərcüməsi, 13-cü cild (Köhnə nəşriyyat) /51-52-53-cü cild (Yeni nəşriyyat), Qeybət kitabı İmam Mehdi-On ikinci imam-2-ci bölmə /Tərcümə edən: Seyid Əthar)