Hz. Mehdi (əs) və tələbələrinin üzərinə Yer üzünün zənginlikləri yağacaq
Müfəzzəl dedi ki: Əfəndim, Allah deyir ki:
“Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.” (Tövbə surəsi, 33) ayəsində “O, dini (İslamı) bütün dinlərdən üstün etmək üçün…”
“Ancaq Rəsulullah (səv) bütün dinlərə qarşı üstün gələ bilməmişdimi?”
İmam Cəfər Sadiq (əs) dedi ki:
“Müfəzzəl, əgər Rəsulullah (səv) bütün dinlərə qarşı üstün gəlsə idi, indi Yer üzündə hər hansı bir yəhudi, məcusi, sabi və ya xristian olmaz, bu məzhəblər qalmaz və ya bir müxalif, şübhəçi, müşrik, ya da bütə ibadət edən olmazdı, Lat və Uzzaya ibadət edənlər və ya özlərini Günəşə, Aya və ulduzlara həsr edənlər də olmazdı. Oda və ya bütə ibadət edən heç kim olmazdı. Əksinə Allahın bu ayədəki sözü Mehdinin zühur etdiyi dövrlə bağlıdır. Uca Allah bu dövrlə əlaqəli olaraq belə demişdir:
“Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun!…” (Ənfal surəsi, 39)
Müfəzzəl dedi ki:
“Sənin elminin uca Allahın elmindən gəldiyini təsdiq edirəm, sən Allahın izni ilə danışırsan və Onun əmrlərinə uyğun hərəkət edirsən ”
Beləcə, İmam Cəfər Sadiq dedi ki:
“Sonra göy üzündən-uca Allahın bəni-İsraildən olan Əyyub Peyğəmbərin üzərinə yağdırdığı kimi, Mehdinin və yardımçılarının da üzərinə Yer üzünün qızıldan və ləl-cəvahiratdan zənginlikləri yağacaqdır. Mehdi də bunu paylayacaqdır.”
(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Anwar İngiliscə tərcüməsi, 13-cü cild (Köhnə nəşriyyat)/ 51-52-53-cü cild (Yeni nəşriyyat), Gaybet Kitabı, İmam Mehdi – On İkinci İmam, 2-ci bölmə, Tərcüməçi, Sayyid Athar)