Hz. Mehdi müharibədən uzaq, sülh tərəfdarıdır. Hz. Mehdi müharibə ilə deyil, sevgi ilə, Allahı xatırlayaraq Quran əxlaqını dünyaya hakim edəcək. Hz. Mehdi ən mühüm xüsusiyyətlərindən olan sülh və sevgiylə din əxlaqını hakim edəcəyi, Peyğəmbərimizin hədislərində aşağıdakı kimi xəbər verilir:
İnsanlar bal arılarının erkəkləri ətrafında toplanması kimi, Hz. Mehdinin ətrafında toplanarlar. Zülmlə dolu dünyanı ədalətlə doldurar. O qədər ədalətli olacaq ki, YATAN BİR KİMSƏ BELƏ OYANMAZ VƏ BİR DAMCI QAN BELƏ AXIDILMAZ. Dünya sanki əsri-səadət dövrünə geri dönər. (Əl Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29 və 48)
Hz. Mehdi (ə) Peyğəmbərimizin yolunu gedəcək, YATMIŞ İNSANI OYANDIRMAYACAQ, QAN DA AXITMAYACAQDIR. (Qiyamət Əlamətləri, səh. 163)
[HZ. MEHDİNİN (ə)] ZAMANINDA NƏ BİR KİMSƏ YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİR KİMSƏNİN BURNU QANAYACAQDIR. (Əl Kavlu’l Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, səh. 44)
Ona [Hz. Mehdiyə] beyət edərlər, [Kəbə ətrafındakı], rukün ve məqam arasında beyət edərlər. YATANI OYATMAZ, ƏSLA QAN TÖKMƏZLƏR. (Əl-Heytemî, El-Kavlu’l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, səh. 24)
Buna görə də Peyğəmbərimiz, Hz. Mehdinin fitnə, müharibə və qarşıdurmalara son qoyaraq,bütün bunları fikri mübarizə ilə reallaşdıracağını da xəbər vermişdir. Hz. Mehdi dövründə silahlardan istifadə edilməyəcək, müharibələr bitəcəkdir, Hz. Mehdinin zühuru və Hz. İsanın gəlişindən sonra yer üzündə ədalət, sülh və sevgi hakim olacağı hədislərdə belə xəbər verilmişdir:
Müharibə [mütəxəssisi] də yükünü [silah və vəsaitlərini]atacaq. (Sünən-i Ibn-i Macə, 10/334)
Hərb [mütəxəssisi] yükünü [yəni silah və.s] buraxar. (İmam Şa’rani, ölüm-qiyamət-Axirət və Axırzaman Əlamətləri, 496)
Düşmənlik və kini də qaldıracaq… Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət olunmayacaq. Döyüş də yükünü buraxacaq. (Sünəni Ibni Macə, 10/334)
Heç bir kəs arasında bir düşməçilik qalmayacaq. Bütün düşmənçiliklər, döyüşlər, həsədlər şübhəsiz ki, itib gedəcək. (İmam Şa’rani, ölüm-qiyamət-Axirət və Axırzaman Əlamətləri, 496)
Hədislərdə “Döyüş yükünü” buraxacaq ifadəsiylə diqqət yetirildiyi bu dövrdə hər cür şiddət, zülm, döyüş, qarışıqlıq sona çatacaq. Başqa sözlə Mehdiyət -Dəccaliyətin tam tərsinə- insan sevgisinə, hörmətə söykənən, müşfiq, gözəl niyyətli və ağıllı bir sistemdir. Hz. Mehdi bütün yer üzündə ədaləti təmin edəcək hətta “tək bir damcı qan belə axıdılmayacaq.” Onun hakim olduğu dövr, həqiqi sevgi və sülhün yaşandığı, rahatlıq və xoşbəxtlik dövrü olacaq.