Hz. Mehdi (əs) müharibənin əleyhinədir; sülh tərəfdarıdır. Hz. Mehdi (əs) müharibə ilə yox, sevgi ilə, Allahı zikr edərək Quran əxlaqını dünyaya hakim edəcək. Hz. Mehdinin (əs) bu mühüm xüsusiyyəti Peyğəmbərimizin (səv) hədislərində belə xəbər verilmişdir:
Bal arılarının ana arının ətrafına toplanması kimi, insanlar hz. Mehdinin (əs) ətrafına toplanar. Zülmlə dolu dünyanı ədalətlə doldurar. O qədər ədalətli olar ki, YATAN BİR KİMSƏ BELƏ OYADILMAZ VƏ BİR DAMCI DA QAN TÖKÜLMƏZ. Dünya sanki əsri-səadət dövrünə qayıdar. (Əl-Qövlül-Müxtəsər Fi-əlamətil-Mehdiyyil-Müntəzər, səh. 29, 48)