Hz. Mehdinin (əs) camaatı təmiz və bərəkətli buğdaya bənzəyəcək. Aralarından çıxan münafiqlər də bu buğdaların arasına girən parazit, iyrənc buğda qurdları kimi olacaqlar
Əsbağ ibn Nəbatə deyir ki: Əmirəlmöminin Əli əleyhissəlam belə buyurdu: “Elə ki, sizdən ancaq gözdəki sürmə qədər, yaxud yeməkdəki duz qədər qalacaq. Mən sizə bir nümunə göstərəcəyəm. Bir adamın bir miqdar buğdası var. Onu təmizləyib bir evə qoyar, uzun müddətdən sonra qayıdanda onun qurdlandığını görər və yenidən arıtlayıb təmizləyər, sonra yenidən evin içinə qoyar. Uzun müddətdən sonra qayıdanda onun yenidən qurdlandığını görər. Yenidən onu arıtlayıb təmizləyər və davamlı eyni işi təkrar görər. Axırda qurdların heç zərər verə bilmədiyi çox az sayda sağlam buğda qalar. Siz də beləsiniz. Axırda fitnələrin heç zərər verə bilmədiyi çox az bir qrup qalacaq. (Bu hədisi Əhməd ibn Muhəmməd ibn Səid də nəql edir) (Şeyx Muhəmməd ibn İbrahimi-Numani, Qeybəti-Numani, səh. 246)