Hz Mehdinin insanların Quran əxlaqından tamamilə uzaqlaşdığı bir dövrdə ortaya çıxması tanınmasına mane olacaq
Hədislərdə axırzamanın iki dövrdən ibarət olduğu xəbər verilir. Birinci dövr dünyanın maddi-mənəvi çətinliklər içində olacağı, insanların böyük əxlaqi degenerasiyaya məruz qalacaqları dövrdür. İkinci dövr isə İslam alimlərinin “Qızıl Əsr” adlandırdıqları, Quran əxlaqının dünyaya hakim olacağı rahatlıq dövrüdür.
İnsanların din əxlaqından uzaqlaşıb, nəfslərinə uyduqları, hər cür azğınlığın, əxlaqsızlığın yaşandığı bu ilk dövr hz. Mehdinin zühur edəcəyi axırzamanın da mühüm əlamətlərindəndir. Peyğəmbərimizin (səv) təxminən 14 əsr əvvəl xəbər verdiyi və Qiyamət əlamətləri olaraq adlandırılan bu əlamətlərə nəzər saldığımız zaman çox qəribə bir vəziyyətlə qarşılaşırıq.
Bu gün Qiyamət əlamətlərinin əksəriyyəti gerçəkləşmişdir. Bu, hz. İsanın yer üzünə ikinci dəfə gəlişinin, hz. Mehdinin zühurunun və Quran əxlaqının bütün dünyada hakim olacağı dövrün yaxınlaşdığını bizə göstərir. (Doğrusunu Allah bilir)
Ancaq digər tərəfdən əxlaqi degenerasiyanın bu qədər artması, haramların halal sayılması, insanların maddi çətinlik çəkməsi, yoxsulluğun artması, Allahın açıqca inkar edilməsi və s. kimi hadisələr insanların Allahın və axirətin varlığını unudaraq dünyaya bağlanmalarına səbəb olur. Peyğəmbərimizdən (səv) nəql olunan hədislərdə axırzamanda dünyadakı qarışıqlıqla bağlı belə xəbər verilir:
Qiyamət əlamətləri bir-birinin ardınca meydana gələr. Bir sıra muncuğun ard-arda qopması kimi. 43
Açıqca fahişəlik edilmədikcə… Qiyamət qopmaz. 44
Böyüyə hörmət, kiçiyə mərhəmət yox olacaq. Zinadan doğulan uşaqların sayı artacaq. Hətta adam küçənin ortasında qadınla zina edəcək. 45
Məsum insanlar qətl edilənə qədər Mehdi çıxmayacaq və qətliamlara yerdəkilər və göydəkilər artıq dözə bilməyəcək vəziyyətə gəldikdə zühur edəcək. 46
Axırzamanda ümmətimin başına başçıları tərəfindən şiddətli bəlalar gətirilər və olduqları yerlər müsəlmanlara dar gələr. 47