Peyğəmbərimiz (səv) axırzamanda alim kimi qəbul edilən bəzi insanların, əslində, ikiüzlü və saxtakar olacaqlarını xəbər vermişdir:
Alimlər elmi sırf pul qazanmaq üçün öyrəndiyi zaman… dini dünya nemətləri üçün satdıqları zaman… hökmü satdıqları zaman… Qiyamət yaxınlaşmış olacaq. (Ölüm, kiyamet və diriliş, səh. 480)
Nəhayət, bəzi cahil insanlar qalar ki, onlara (dini məsələlər) barədə sual verildikdə elmləri olmadığı halda, öz fikirləri ilə fətva verərlər, beləcə həm özləri azar, həm də xalqı azdırarlar. (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman elametleri, səh. 463, nöm. 850)
Elə bir zaman gələr ki, insanların hamısı Quran oxuyar, ibadət edər və bidət əhli ilə oturub-durarlar. Lakin bilmədən müşrik olarlar, təhsilləri və elmləri əvəzində pul alar və dünyanı din qarşılığında yeyərlər. Məhz bunlar kor dəccalın köməkçisi olacaqlar. (Deyləmi; Gələcəyin tarixi 1, səh. 27)
Axırzamanda İslam dininə lazımi hörmət və diqqəti göstərməyən, dini öz mənfəətləri üçün istifadə etməkdən çəkinməyən bəzi insanların vəziyyəti isə belə bildirilmişdir:
Ümmətimin son zamanlarında məscidlərini bəzəyib, qəlblərini viran buraxan, paltarını qoruduğu qədər dinini qorumayan, dünya işlərinin qaydasında getməsi üçün dinini istifadə etməkdən çəkinməyən bəzi insanlar çıxacaq. (Hakim; Son zamanlarla bağlı hədislər, səh. 27)