Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının bütün dünyaya hakim olacağı dövr Qızıl əsr adı ilə bilinir. Bu dövr hədislərdən də aydın olduğu kimi, yarım əsrdən artıq davam edəcək Əsr-i Səadətə bənzər bir dövr olacaqdır. Peyğəmbərimizin (s.ə.v) bu dövrü təsvir edərkən cənnət bənzəri xüsusiyyətlərlə danışması bu çağa Qızıl əsr adı verilməsinə səbəb olmuşdur.

Hər cür məhsul və mal bolluğu,təhlükəsizlik, güvən və ədalətin təmini, hüzur və səadət, hər cür texnoloji inkişafın insanların rahatlığı, nəşəsi və hüzuru üçün istifadə olunması ehtiyac içində olan birinin qalmaması, istəyənə istədiyindən qat-qat artığı ilə verilməsi bu dövrün əsas xüsusiyyətlərindəndir. Hədislərdə bu dövrdə yer üzünün sülhlə dolacağı müjdələnmişdir. Qızıl əsrdə əvvəlcədən aralarında hüsumət olan xalqlar arasında çox böyük bir qardaşlıq yaşanacaq, hər cür müharibənin yerini sülh, dostluq və sevgi alacaqdır.

Qarşıdurmalar, müharibələr, anarxiya və qarışıqlıq sona çatacaqdır. Yer üzünün hər bucağı əmin olacaq, insanlar güvən içində olacaqdır.

İnsanlar Qızıl əsrdə yaşanacaq sevgi, dostluq, güvən və hüzurdan çox məmnun olacaqlar və bu gözəlliklərə vəsilə olan hz. Mehdini dərin bir sevgi ilə sevəcək, onun ədalətindən və gözəl əxlaqından tam mənası ilə razı olacaqlar. Hz. Mehdinin insanlar tərəfindən çox seviləcəyi hədislərdə belə xəbər verilir:

Allah bütün insanların qəlblərini Onun (Hz. Mehdinin) məhəbbəti ilə dolduracaqdır. (Əl-Qəvlül Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 42)

Hz. Mehdi gəldikdə, insanlar Onu eşq və məhəbbətlə qucaqlayacaqlar. (Əl-Qəvlül Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 37)

Digər bəzi hədislərdə də hər kəsin hz. Mehdinin gözəl əxlaqından bəhs etdiyi, onun məhəbbəti ilə daima ondan danışıldığı söylənilir. Hz. Mehdiyə duyulan sevgi hədislərdə bu şəkildə tərif edilir:

Mehdi, (zamanındakı) insanların ən xeyirlisidir. Onun köməkçiləri və ona beyət edənlər… Cəbrail onların önündə, Mikail də arxalarında olar. O məxluqat arasında sevilər. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 58)

Mehdi zühur edər, hər kəs sadəcə ondan danışar, Onun sevgisini alar  və Ondan başqa bir şeydən bəhs etməzlər. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 33)

İslam Birliyi Avropa Birliyinə əngəl deyil

Yaşadığımız dövr qarşıdurmaların, zülmün, müharibələrin, fəlakətlərin yaşandığı axırzamandır. Ancaq hədislərdə də göründüyü kimi, axırzaman eyni zamanda bütün bunların həll olunacağı, yer üzündə gözəl əxlaqın hakim olacağı, inananların bir yerdə hüzur içində yaşayacağı bir dövrdür. İslam Birliyinin qurulacağı bu dövr ağıllara İslam Birliyinin bu günlərdə adından tez-tez söz edilən Avropa Birliyinə bir əngəl olub olmayacağı sualını gətirir. Halbuki bu İslam Birliyinin təməlini meydana gətirən əxlaqi dəyərlərin tam olaraq aydın olmamasından qaynaqlanan bir sualdır. İslam Birliyinin təməlində sevgi, birlik, ədalət, sülh və dostluq vardır. İslam Birliyinin qurulma məqsədi qarışıqlığı, çəkişmələri, ədalətsizlikləri, mərhəmətsizlikləri sona çatdıraraq hər insanın hüzur və rifah içində yaşaması, hər insanın təməl haqq və azadlıqlarına hörmət edilməsi və dil, din, irq ayrılığı edilmədən bütün insanların sülh içində yaşamasıdır. Bu səbəblərlə də İslam Birliyinin gətirəcəyi üstün əxlaqi dəyərlər, haqq və azadlıqlar, rifah, sülh və hüzur mühiti Avropa Birliyi üçün bir əngəl deyil.

Nəticə

Bura qədər bildirdiyimiz məlumatlar göstərir ki, axırzaman çox böyük inkişafların yaşanacağı, dünya tarixinin ən əhəmiyyətli dövrlərindən biridir. Günümüzdə dünyanın dörd bir yanında yaşanan səfalət, qarşıdurmalar, zorakılıq və terror hərəkatları, əxlaqi degenerasiya hz. Mehdinin zühur edib bütün bu fitnələrə ən hikmətli və sülhsevər yollarla son verməsinin yaxınlaşdığını gözlər önünə sərir. Allahın iznilə hz. Mehdi ortaya çxıdığında bütün insanlıq tayı-bərabəri görülməmiş bir gözəllik, bolluq və bərəkətə, hüzura və güvənə qovuşacaqdır. Bütün bunlar səmimi olaraq iman edənlərin dərin coşqu və həyəcan duyacaqları çox qiymətli müjdələrdir. Müsəlmanların etməsi lazım olan da bu müjdələrin sevincini yaşamaq, şövq və həyəcanla bu mübarək dövr üçün özlərini hazırlamaqdır.

HƏMÇİNİN BAX

Hədislərdə hz. Mehdinin (əs) təbliğ gücü necə təsvir edilmişdir?

Hz. Mehdi (əs) quru bir ağac əkəndə də ağac dərhal yaşıllaşıb, yarpaqlayacaq. (Əl-Qəvlu’l Müxtəsər Fi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir