Faris tərəfdən bir qövm gələcək və onlar belə deyəcəklər: “Ey ərəblər! Siz hədsiz fanatizmə meyil etdiniz. Siz onların hüquqlarını lazımi şəkildə tanımasanız, sizinlə heç kim birlik qurmayacaq… Bir gün onlara, bir gün də sizə verilsin və qarşılıqlı verilən sözlər tutulsun…” Onlar Mutıka qalxacaqlar, müsəlmanlar ordan aşağı Yazıya enəcəklər. Müşriklər isə o biri tərəfdəki (Rakabə) deyilən qapqara bir çayın kənarında dayanacaqlar… ARALARINDA MÜHARİBƏ OLACAQ: Allah hər iki orduya da zəfər nəsib etməyəcək… (Kıyamet Alametleri, El Berzenci, s. 179)
-Fars tərəfdən gələnlər: İran tərəfdən gələnlər-Faris: İran- iranlı (Böyük lüğət)
-Yazıya enəcəklər: ovalıq-İraq ovalığı -Mutık:həmin ərazidəki bir dağın adı
Rakabə-neft quyularının çox olduğu bir yer
“Ey ərəblər! Siz hədsiz fanatizmə meyil etdiniz. Siz onların hüquqlarını lazımi şəkildə tanımasanız, sizinlə heç kim birlik qurmayacaq…”
Hədisin bu hissəsində iki tərəf arasında qatı millətçilikdən irəli gələn bir konfliktin olacağına diqqət çəkilir. Bu konfliktə görə “Yazı”ya eniləcək və orada müharibə başlayacaq. ( Yazı: İraq ovalığı)
Allah hər iki orduya da zəfər nəsib etməyəcək…
Bu hədisin də işarə etdiyi kimi, İran-İraq müharibəsi 8 il davam etmiş və minlərlə insan tələfatı olmasına baxmayaraq, bir nəticə əldə olunmamışdır. İki tərəf də qətiyyən üstünlük əldə edə bilməmişdir.
Şəvval ayında qiyamlar, Zilqədədə hərbi danışıqlar, Zilhiccə ayında isə hərb olacaq
(KıyametAlametleri, Berzenci, s. 166)
Hədisdə bildirilən Şəvval, Zilqədə və Zilhiccə ayları İran-İraq müharibəsinin baş vermə mərhələləri ilə üst-üstə düşür.
Şəvval ayında qiyamlar…