Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirildiyinə görə hz. Mehdi axırzamanda zühur edəcək və İslam əxlaqını yer üzünə hakim edəcəkdir. Hz. Mehdinin ortaya çıxması ilə yer üzündəki bütün zülm və haqsızlıqlar sona çatacaq, dünyaya ədalət, sülh, sevgi, hüzur və güvən gələcək.
Uca Allah Qurani-kərimdə İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (s.ə.v) də hədislərində bu böyük və mübarək hadisəyə axırzamanda hz. Mehdinin səbəb olacağını xəbər vermişdir. Quran əxlaqının gərəyi olaraq və Peyğəmbərimizin bildirdiyi kimi, İslam əxlaqının hakim olması ilə yer üzü hüzur və təhlükəsizliyə qovuşacaq, hər cür qarışıqlıq, qarşıdurma, anarxiya və terror sona çatacaqdır. Axırzamananın qarışıqlıq və zülmlərindən böyük sıxıntı duyan insanlar İslam əxlaqını yer üzünə hakim edəcək hz. Mehdinin ədalət, mərhəmət, cömərdlik, sevgi və xoş münasibətindən razı olacaqlar.
Axırzamanda hz. Mehdinin Allahın iznilə mütləq ortaya çıxacağı Peyğəmbərimizin (s.ə.v) hədislərində belə müjdələnmişdir:
Hədislərdə bildirildiyinə görə hz. Mehdi axırzamanda zühur edəcək və İslam əxlaqını yer üzünə hakim edəcəkdir. Hz. Mehdinin ortaya çıxması ilə yer üzündəki bütün zülm və haqsızlıqlar sona çatacaq, dünyaya ədalət, sülh, sevgi, hüzur və güvən gələcəkdir. Bu mübarək hadisələr bəzi hədislərdə də belə xəbər verilir:
Ancaq Peyğəmbərimizin (s.ə.v) də xəbər verdiyi kimi, hz. Mehdinin zühurundan əvvəl yoxluqlar və sıxıntılar şiddətlənəcək, yer üzündə güvən və hüzur qalmayacaq, bütün insanlar ard-arda meydana gələn fəlakətlər səbəbi ilə böyük əzablar yaşayacaqdır. Necə ki, Qurani-Kərimdə də elçilərin və peyğəmbərlərin gəldiyi dövrlərdən əvvəl Rəbbimizin insanları müxtəlif sıxıntılarla imtahan etdiyi bildirilmişdir:
Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. ( Əraf surəsi, 94)
İslam əxlaqının bütün yer üzündə yaşanmasını təmin edəcək, insanlara ədaləti və sülhü gətirəcək, dünyada Qızıl əsr olaraq adlandırılan bir dövrün yaşanmasına səbəb olacaq mübarək bir şəxs olan hz. Mehdinin də zühurundan əvvəl ayədə bildirildiyi kimi, sıxıntı və bəlaların yaşanması Adətullahın (Allahın qanununun) gərəyidir. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) isə bu sıxıntıların nələr olacağını ətraflı şəkildə bildirmişdir.