İslamın sülh, sevgi və dostluq dini olduğuna dair Quran ayələri:
Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208)
Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola yönəldir. (Yunus surəsi, 25)
…kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. (Maidə surəsi, 32)
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir. (Ənfal surəsi, 46)
İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)
Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. (Ali İmran surəsi, 110)
Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)
Hz. İsanın (ə.s) yer üzünə sülh və sevgi gətirəcəyinə, cinayət, zülm və müharibələri sona çatdıracağına aid hədislər:
İsa ibn Məryəm (ə.s) mənim ümmətim içində;
İnsanlar arasındakı düşmənçiliklər və kin qalxacaq. Əqrəb və ilanların zəhəri olmayacaq, hətta uşaq əliylə ilanla oynayacaq, amma ilan onu sancmayacaq. Uşaq aslanı qaçmağa məcbur edəcək, amma aslan ona dəyməyəcək. Qurd qoyunlar arasında sanki bir çoban itiymiş kimi gözətçilik edəcək. Qab su ilə dolduğu kimi, yer üzü din birliyi ilə dolacaq. Allahdan başqa heç kimə ibadət edilməyəcək.
Müharibə, dava adına heç bir şey qalmayacaq… Yer üzü gümüş süfrəsi kimi olacaq. Bitkisini Adəmin zamanındakı kimi bitirəcək. Bir salxım üzümlə bir nəfər doyacaq. Bir qrup insan bir ədəd narla doyacaq. Öküzün dəyəri bu qədər olacaq, bir neçə dirhəmlə bir at satın alınacaq.
Deyildi ki:
“Ey Allahın Rəsulu! Nə üçün at o qədər ucuz olacaq?”
“Muharibə olmayacağı üçün ona ehtiyac qalmayacaq.”
“Nə üçün öküz o qədər bahalı olacaq?”
(265- bk. Müsnət, II, 409, 437; es-Sefarini, Levami, II 95)
(İslam inancı baxımından nüzul-i İsa məsələsi, Dr. Zeki sarıtorpaq, Çağlayan nəşrləri, İzmir – 1997 Sayfa 96)
Hz. Mehdi (ə.s) dövründə qan axıdılmayacağı, yatan insanın belə oyadılmayacağına aid hədislər
İnsanlar, bal arılarının ana arının ətrafında toplanması kimi, Hz. Mehdinin (ə.s) ətrafında toplanarlar. Daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar. Ədaləti elə olar ki, YATAN BİR KİMSƏ BELƏ OYADILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. Dünya, sanki Əsr-i Səadət dövrünə geri qayıdar.1
Hz. Mehdi (ə.s) Peyğəmbərin yolundan gedəcək, YATAN İNSANI OYATMAYACAQ, QAN DA AXIDILMAYACAQDIR.2
ZAMANINDA NƏ BİR KƏS YUXUSUNDAN OYADILACAQ, NƏ DƏ BİR KƏSİN BURNU QANAYACAQDIR.3
Ona (Hz. Mehdiyə (ə.s) beyət edənlər (Kəbə ətrafındakı) rükn və mövqe arasında beyət edərlər. YATANI OYATMAZ, ƏSLA QAN TÖKMƏZLƏR.4
Hz. Mehdi (ə.s) dövründə MÜHARİBƏ SONA ÇATACAQ, ORDULAR SİLAHLARINI VƏ LƏVAZİMATLARINI BURAXACAQLAR:
Savaş da ağırlıqlarını (silah və vəsaitlərini) buraxacaq.5
Müharibə ağırlıqlarını (yəni, silah və sairəni) buraxar.6
Düşmənlik və kini də qaldıracaqdır… Qab su ilə dolduğu kimi, yer üzü sülhlə dolacaqdır. Din birliyi də olacaq, artıq Allahdan başqasına qulluq edilməyəcəkdir. Savaş da ağırlıqlarını buraxacaq.7
Hz. Mehdi (ə.s) dövründə DÜŞMƏNLİK, MÜHARİBƏ VƏ SAVAŞLAR SONA ÇATACAQ.
Heç kimin arasında düşmənlik qalmayacaq. Və bütün düşmənliklər, boğuşmalar, həsədləşmələr mütləq itib gedəcəkdir.8
Hz. Mehdi (ə.s) dövründə YER ÜZÜ ƏDALƏTLƏ DOLACAQDIR:
Zülm və nifaqla dolu olan dünya, O (HZ. MEHDİ (ə.s.)) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQDIR.9
Hz. Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DOĞRULUQ VƏ ƏDALƏTLƏ DOLDURAR.10
Hz. Mehdi dövründə YER ÜZÜ SÜLH İLƏ DOLACAQDIR.
(Hz.Mehdi dövründə) Düşmənlik və kini qaldıracaqdır. Zəhərli olan hər heyvanın zəhəri də sökülüb alınacaqdır. Hətta kiçik oğlan uşağı əlini ilanın ağzına salacaq, lakin ilan ona zərər verməyəcəkdir. Qurd qoyun-keçi sürüsü içində köpək kimi olacaqdır. Qab su ilə dolu olduğu kimi YER ÜZÜ SÜLH İLƏ DOLACAQDIR. Din birliyi də olacaq, artıq Allahdan başqasına qulluq edilməyəcəkdir. Savaş da ağırlıqlarını buraxacaqdır.11
Onun (Hz. Mehdi (ə.s)) zamanında qurdla qoyun bir yerdə oynayacaq, ilanlar uşaqlara zərər verməyəcəkdir…12
——————
1. Əl Qəvlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, sf. 29 ve 48
2. Qiyamət əlamətləri, sf. 163
3. Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, sf. 44
4. Əl-Heytəmî, Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 24
5. Sünən-i Ibn-i Macə, 10/334
6. İmam Şa’rani, Ölüm-Qiyamət-Axirət və axırzaman əlamətləri, 496
7. Sünən-i Ibn-i Macə, 10/334
8. İmam Şa’rani, Ölüm-Qiyamət-Axirət və axırzaman əlamətləri, 496
9. Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 20
10. Sünəni-i Əbu Davud, 5/93
11. Sünən-i İbni Macə, Kitabü-l fitən Tərcüməsi və Şərhi- Qəhrəman nəşriyyat, cild 10, Mütərcim: Haydar Hatipoğlu, Bab 33, s. 331-3359
12. Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 43