Yaşadığımız dünyada çox fərqli inanclara sahib olan birliklər var. Belə bir dünyada yaşayan müsəlmanlar qarşılarındakı insanın inancı nə olursa olsun, mülayim olmaqla, bağışlamaqla, ədalətli və insani şəkildə davranmaqla məsuldurlar. İman edənlərə yüklənən bu məsuliyyət Allahın dininə gözəllik, sülh və xoşluqla dəvət etməkdir.
İnsanların fikir, düşüncə və həyat azadlığını açıq şəkildə təmin edən və zəmanət altına alan dinimiz İslam insanlar arasında anlaşılmazlığı, bir-birləri haqqında xoş olmayan ifadələrdən istifadə etməyi və hətta mənfi düşüncəni (zənn) belə qadağan edən əmrləri gətirmişdir. İslam terror və şiddətə qəti şəkildə qarşı olmaqla yanaşı, insanların üzərində fikri olaraq belə ən kiçik bir təzyiq olunmasını qadağan etmişdir.
İnsanların bir dinə inanmağa və ya o dinin ibadətlərini tətbiq etməyə məcbur edilməsi İslamın həm özünə, həm də ruhuna ziddir. Çünki İslamda səmimi iman azad iradə və vicdani qəbul ilə mümkündür. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər, təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl sözlə insanlara izah edilməsi bütün iman edənlərin üzərinə yüklənən bir məsuliyyətdir. İman edənlər “… Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et …” (Nəhl surəsi, 125) ayəsi ilə din əxlaqının gözəlliklərini izah edər, ancaq“Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir.” (Bəqərə surəsi, 272) ayəsini də şüurlarında tutaraq davranarlar. Əsla məcbur etməz, insanlar üzərində maddi, ya da mənəvi təzyiq tətbiq etməzlər. Ya da dünyəvi bir imtiyaz üçün insanı din əxlaqını tətbiq etməyə istiqamətləndirməzlər. Təbliğlərinə qarşılıq mənfi bir cavab aldıqlarında müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun surəsi, 6) deməkdən ibarətdir.
Yaşadığımız dünyada xristianlarla və yəhudilərlə yanaşı buddist, ateist, deist, bütpərəst kimi fərqli inanclara sahib insanlar var. Bu cür dünyada yaşayan müsəlmanlar qarşılarındakı insanın inancı nə olursa olsun mülayim olmaqla, bağışlamaqla, ədalətli və insani şəkildə davranmaqla məsuldurlar. İman edənlərə yüklənən bu məsuliyyət Allahın dininə gözəllik, sülh və mülayimliklə dəvət etməkdir. Doğruları tətbiq edib və ya etməmək , iman edib, ya da iman etməmək qərarı qarşı tərəfə aiddir. Bir insanı iman etməyə məcbur etmək, bəzi şeyləri məcburiyyətlə qəbul etdirməyə çalışmaq Quran əxlaqına zidd davranışdır.
İnsanların ibadət etməyə məcbur edildikləri bir cəmiyyət modeli İslama tamamilə ziddir. Çünki inanc və ibadət, yalnız Allaha yönəlmiş və insanın öz seçimiylə olduğu zaman dəyər qazanır. Əgər bir sistem insanları inanca və ibadətə məcbur edəcək olsa, bu zaman insanlar o sistemdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.
Allah günahsız insanların öldürülməsini haram buyurur
Bir insanı günahsız yerə öldürmək Qurana görə ən böyük günahlardan biridir:
Allah möminlərə mərhəmətli olmalarını əmr edir
Ayələrdə Müsəlman əxlaqı belə izah edilir:
Həqiqi mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha olan sevgisi Onun yaratdığı varlıqlara qarşı qəlbində yaxınlıq hiss etməsinə səbəb olur. Allahı sevən insan Onun yaratdıqlarına qarşı məhəbbət və sevgi hiss edər. Özünü və bütün insanları yaradan Rəbbimizə qarşı hiss etdiyi bu güclü sevgi və bağlılığa görə Quranda əmr edildiyi şəkildə insanlara qarşı gözəl əxlaqlı davranır. Bu gözəl əxlaqı yaşaması sayəsində həqiqi mərhəmət ortaya çıxır.
Möminlərin ayələrdə təsvir edilən bu gözəl əxlaqları Allaha olan dərin sevgilərindən qaynaqlanır. Bu bağlılıqlarına görə də, Allahın əmr etdiyi Quran əxlaqını dəqiqliklə və diqqətli şəkildə tətbiq edirlər. Möminlər göstərdikləri mərhəmətdən, etdikləri köməkdən ötrü heç kimə minnət etmir və bir təşəkkür qədər belə qarşılıq gözləmirlər. Onların əsl hədəfləri yaşadıqları gözəl əxlaqla Allahın razılığını qazana bilməkdir. Çünki onlar axirət günü bu əxlaqlarına görə sorğuya çəkiləcəklərini bilirlər.
Allah mülayim olmağı və əfv etməyi əmr edir
Qurani-kərimin Əraf surəsinin 199-cu ayəsindəki “Sən əfv yolunu tut” sözləriylə ifadə edilən “bağışlayıcılıq və xoşgörüş” anlayışı İslam dininin təməl qaidələrindən birini təşkil edir.
İslam tarixinə baxdığımız zaman müsəlmanların Quran əxlaqının bu əhəmiyyətli xüsusiyyətini ictimai həyata necə keçirdikləri çox açıq bir şəkildə görünür. Müsəlmanlar olduqları hər yerdə sərbəst və mülayim mühit yaratmışdılar. Din, dil və mədəniyyət baxımından bir-birinə tamamilə zidd olan xalqların eyni dam altında sülh və hüzur içərisində yaşamalarını təmin etmiş, özlərinə tabe olanlara rahatlıq vermişlər. Böyük bir coğrafiyaya yayılan Osmanlı İmperatorluğunun varlığını əsrlərlə davam etdirə bilməsinin ən əsas səbəblərdən biri İslamın gətirdiyi xoşgörüş və anlayış mühitinin yaşanması olmuşdur. Əsrlərdir mülayim və şəfqətli olmaqla tanınan müsəlmanlar hər zaman dövrlərinin ən mərhəmətli və ən ədalətli kəsləri olmuşlar. Bu çoxmillətli cəmiyyət içindəki bütün etnik qruplar mənsub olduqları dinlərini azad yaşamışlar, hətta öz dinlərinin hüququna görə yaşamaq haqqına sahib olmuşlar.
Bütün bunlar İslamın insanlara bildirdiyi əxlaq xüsusiyyətlərinin dünyaya sülh, dinclik və ədalət gətirəcək ərdəmlər olduğunu göstərir. Hazırda dünya gündəmində olan və adına “terror” deyilən barbarlıq isə Quran əxlaqından tamamilə uzaq, cahil və fanatik insanların, dinlə realda heç bir əlaqəsi olmayan canilərin əsəridir. İşlədikləri vəhşiliklər hansı olursa olsun, din adı altında icra etməyə çalışan bu kəslərə və qruplara qarşı tətbiq olunacaq mədəni çarə həqiqi İslam əxlaqının insanlara öyrədilməsidir. Başqa bir şəkildə desək, İslam dini və Quran əxlaqı terrorizmin və terroristlərin dəstəkləyicisi deyil, yer üzünü terrorizm bəlasından qurtaracaq çarədir.