Quranda hz. Mehdi, axırzaman və Quran əxlaqının dünyaya hakimiyyətindən bəhs edən bir çox ayə vardır. Peyğəmbərimizin (səv) də Quranda Mehdiyyətdən bəhs edildiyini bildirən hədisləri vardır:
Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcəkdir. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29)
“Bütün dünyanın məliki dörd nəfər olmuşdur. Onlardan ikisi – Zülqərneyn və Süleyman möminlərdən, digər ikisi – Nəmrud və Buxtunnəsr kafirlərdən olmuşlar. Beşinci – əhli-beytimdən biri hakimlik edəcək. Yəni Mehdi. (Mektubat-ı Rabbani, 2/1163)
Göründüyü kimi, Peyğəmbərimiz (səv) Mehdinin hz. Süleyman və hz. Zülqərneyn kimi dünyaya hakim olacağını bildirmişdir. Peyğəmbərimiz (səv) bu sözlərlə bizə hz. Süleyman və hz. Zülqərneyn qissələrinə baxdıqda Mehdidən (əs) və Mehdiyyətdən bəhs edildiyini xəbər vermişdir. Yəni hz. Mehdinin həyatı ilə hz. Süleyman və hz. Zülqərneynin həyatı arasında bir çox oxşarlıq vardır.
Peyğəmbərimiz (səv) axırzamanda yaşayan müsəlmanlara, yəni bu dövrdə bizlərə Kəhf surəsini oxumağı tövsiyə etmişdir:
Nəvvas ibn Səman əl-Kitabidən (rə) rəvayət edilmişdir:
“Sizdən kim Dəccala yetişsə, Kəhf surəsinin əvvəlini oxusun. Bu surənin sonu Dəccalın fitnəsindən qurtuluşdur.” (Sünen-i Ebu Davud, 5/121)
…Hər kim Dəccalın atəşi ilə bəlaya düşsə və imtahan edilsə Allahdan kömək istəsin və Kəhf surəsinin başındakı ayələri oxusun. Bununla Dəccalın atəşi ona qarşı soyuq və salamat olar. (Ölüm-Kıyamet-ahiret ve ahir Zaman Alametleri, İmam Şa’rani, Bedir Yayınevi, s.494)
Bu hədislərdə vacib məlumatlar verilir. Dəccaliyyət yalnız axırzamanın deyil, dünya tarixinin ən böyük fitnəsidir. Peyğəmbərimiz (səv) isə bu fitnə ilə qarşılaşan müsəlmanlara bir çıxış yolu göstərərək Kəhf qissəsini oxumağı buyurmuşdur. Dəccaliyyət fitnəsini yox edən hz. Mehdi (əs) olduğuna görə Kəhf surəsində hz. Mehdi (əs) ilə bağlı bir çox məlumat olduğu aydındır.
Bu səbəbdən Quranda Mehdiyyətin olmadığını iddia edənlər səhv edirlər. Quranda Mehdiyyət ətraflı izah edilmiş və Peyğəmbərimiz (səv) də bizə bu həqiqəti xəbər vermişdir.
Hz. Mehdinin (əs) həyatı ilə hz. Süleyman və hz. Zülqərneynin həyatı arasındakı oxşarlıqların bəziləri belədir:
Mehdinin dünya hakimiyyəti
Hz. Süleyman və hz. Zülqərneyn İslam əxlaqını dünyaya hakim etmişdilər. Onlar çox geniş ərazilərə hökm etmiş və çox güclü orduya sahib olmuşdular. Bu baxımdan onların dövrü ilə Mehdiyyət dövrü arasında böyük oxşarlıqlar nəzərə çarpır.
Mehdiyyət dövrü də İslam əxlaqının bütün dünyaya hakim olacağı, insanların dəstə-dəstə müsəlman olacaqları, inkarçı ideologiyaların yer üzündən silinəcəyi, dinin Peyğəmbərimizin (səv) vaxtındakı kimi yaşanacağı bir dövrdür. Bəzi hədislərdə Qızıl dövrdəki hakimiyyət belə təsvir edilir:
(Mehdi) bütün dünyaya malik olacaqdır. (Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 10)
Mehdi şərq və qərb arasındakı hər yeri fəth edər. (El Kavlu’l Muhtasar Fi Alamat-il Mehdiyy-il Muntazar, s. 56)
Mehdinin sahib olduğu xüsusi elm, hz. Süleyman və hz. Zülqərneynə verilən böyük elmlər
Allah hz. Süleymana müxtəlif elmlər lütf etmişdir. O, Allahın istəyi ilə cinlərə və şeytanlara hökm etmiş, quşlarla danışmış, qarışqaların öz aralarındakı danışıqlarını eşidə bilmiş, külək və mis mədəni onun ixtiyarına verilmişdi. Bunların hər biri Allahın lütfü ilə hz. Süleymanı digər insanlardan ayıran möcüzəvi xüsusiyyətlərdir. Hz. Zülqərneyn üçün də Quranda “(Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik.” (Kəhf surəsi, 91) şəklində bildirilir. Göründüyü kimi, o, Allahın elm verdiyi qullarından olmuşdur.
Mehdi də eynilə bu iki mübarək insan kimi xüsusi elmlərə sahib olacaqdır. Taşköprülüzadə Əhməd Əfəndi “Mövzuatul ulum” adlı əsərində (11/246) Mehdinin cifr elminə vaqif olacağını qeyd etmişdir. Digər bir hədisdə isə Mehdi haqqında bu məlumat verilir:
“O, heç kimin bilmədiyi gizli bir vəziyyətə bələdçi olduğu üçün ona Mehdi deyilmişdir” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 77)
Peyğəmbərimiz (səv) Mehdinin eynilə hz. Süleyman kimi heyvanların dilini biləcəyini və yenə eynilə onun kimi insanlar və cinlər üzərində hökmranlıq edəcəyini bildirmişdir:
“O, (Mehdi) doğrulanmış, quş və bütün heyvanların dillərini bilən birisidir. Onun üçün ədaləti bütün insanlar və cinlər tərəfindən cari olacaqdır”. (Kıyamet Alametleri, s. 188)
Heyvanlara sevgiyə əhəmiyyət verilməsi
Quranda hz. Süleymanın heyvanlarla şəfqət və sevgi dolu davranışına dair bəzi məlumatlar da verilir.
Hz. Mehdi dövründə də heyvanlara sevgi təşviq ediləcəkdir. Peyğəmbərimizin (səv) hədislərində bu dövrdə hər növ heyvanı rahatlıqla izləmək və sevə bilmək üçün şərait yaradılacağından xəbər verilir. Bu mövzudakı hədislərdən bəzisi belədir:
…İnsan qoyun və inək-davara “haydı, gedin otlayın” deyəcək, onlar gedəcəklər, əkinin ortasından keçdikləri vaxt bir sünbülü belə ağızlarına almayacaq, ilan və əqrəblər heç kimə zərər verməyəcək, vəhşi heyvanlar qapıların önündə duracaq və heç kimə zərərləri dəyməyəcək…(Kıyamet Alametleri, s. 245)
İlanlar uşaqlarla, inəklər aslanlarla keçinə biləcək… (El Kavlu’l Muhtasar, s. 64)
Yuxarıdakı hədislərdən göründüyü kimi, Mehdi və Süleyman dövrü arasındakı digər bir diqqətçəkən bənzərlik də heyvanlar üzərindəki hakimiyyətdir. Hz. Süleyman quşlar başda olmaqla müxtəlif canlılar üzərində necə hakimiyyət qurmuşdusa, Mehdiyyət dövründə də heyvanlar üzərində vəhşi heyvanların insanlara zərər verməsinin əngəllənəcəyi şəkildə bir hakimiyyət olacaq.
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat surəsi, 171-173)
Sülhpərvər olunması və diplomatik yolun seçilməsi
Hz. Süleymanın qonşu ölkələrlə münasibətlərində xeyirxah, bağışlayıcı və sülhpərvər olduğu ayələrdən görünür. O, problemləri diplomatik yolla həll etməyə üstünlük verir və demokratik üsullar tətbiq edirdi. Hz. Süleyman yaşadığı dövrdə yüksək bir mədəniyyət bərqərar etmiş və hakimiyyətində diplomatiyaya, incəsənətə və mədəniyyətə diqqət yetirmişdi. Çox güclü, qarşısıalınmaz ordulara sahib olsa da, hərbi gücünü istifadə etməmişdi. Hz. Zülqərneyn isə ətrafındakı xalqlar tərəfindən “yer üzündə çaxnaşmanın və fitnənin qarşısını alan insan” kimi tanınmış, insanlara sülh və əmin-amanlıq gətirən bir lider olmuşdu. Hz. Mehdi (əs) də bu üsulları tətbiq edəcək, həmişə şəfqət və sevgi ilə yanaşacaqdır.
Hz. Mehdi dövründə insanların burnu belə qanamayacaq. Bu sülh dövrü hədislərdə belə bildirilir:
“Zamanında nə bir kimsə yuxudan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaqdır” (El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)
“Mehdi Peyğəmbərin yolu ilə gedəcək, yatan insanı oyandırmayacaq, qan da axıtmayacaqdır” (Kıyamet Alametleri, s. 163)
Hədislərdən də göründüyü kimi, Mehdi İslam əxlaqını bütün dünyaya sülh yolu ilə hakim edəcək, müharibə və zorakılıqdan qaçacaqdır. Mehdinin gedəcəyi yol dünya miqyasında yüksək mədəniyyətlə insanları İslam əxlaqına cəlb etmək olacaq. Bu dövrdə Allahın rizası ilə aşağıdakı ayələr özünü göstərəcəkdir:
“Allahın köməyi və zəfər gəldiyi zaman; insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (Nəsr surəsi, 1-3).
Din əxlaqına dəvətdə qərarlı olunması və cəld davranılması
Hz. Süleyman verdiyi ağıllı və sürətli qərarlarla bütün möminlər üçün gözəl nümunədir. Səba ölkəsini iman gətirməyə dəvət etmək üçün yazdığı məktub onun təbliğ gücünü göstərərkən elm sahibi bir insanın vasitəsilə Səba məlikəsinin taxtını gətirtməsi sürətli qərar verməsini açıqlayır. Hz. Zülqərneynin Yəcuc və Məcuc adlı qövmün fitnə-fəsadının qarşısını almaq üçün dərhal qiyamətə qədər uçmayacaq qədər güclü bir sədd inşa etməsi də onun gücünü və ağlını göstərir. Mehdi (əs) da bu baxımdan hz. Süleyman və hz. Zülqərneynə çox bənzəyəcək.
Mehdiyyət dövründə insanlar dəstə-dəstə İslama üz tutacaq, bunun üçün geniş əhatəli və sürətli işlər görəcəklər. Cəmiyyətlər bir-birinin ardınca İslam əxlaqını qəbul edəcək, inkarçı ideologiyalar ortadan qalxacaq, hər növ zülm sistemi tarixin qaranlıqlarında itib-batacaq. Bu mövzu ilə bağlı böyük İslam alimi Muhyiddin Ərəbi bunları bildirmişdir:
Allah ona (Mehdiyə) o qədər güc verəcək ki, bir gecənin içində zülmü və əhlini ortadan qaldıracaq, dini iqamə edəcək, İslamı canlandıracaq, əhəmiyyətsiz bir hala gəldikdən sonra ona yenidən qiymət qazandıracaq, ölümündən sonra onu dirildəcək… Əsrində cahil, zülmkar və qorxaq olan bir adam dərhal alim, cəsur və mərd olacaq… Dini Rəsulullahın (səv) dövründə olduğu kimi eynilə tətbiq edəcək… (Muhyiddin Arabi el-Endülüsu, Futuhat-ül Mekkiye, Bab 66, Kıyamet Alametleri, s. 186)
Abadlıq işlərinə böyük diqqət yetirilməsi
Hz. Süleymanın abadlıq işlərinə göstərdiyi diqqət ayələrdə ətraflı bildirilir. O, əmri altında işləyən bina ustası cinlərdən və şeytanlardan yararlanaraq qalalar, heykəllər, çanaqlar və qazanlar düzəltdirmişdi. Onun görkəmli sarayını görən hər kəs – başda Səba məlikəsi olmaqla – heyran qalmışdılar. Hz. Zülqərneynin inşa etdiyi səddin tikintisində isə Allahın diləməsindən başqa uçmayacaq qədər güclü bir texnikadan istifadə edilmişdi.
Peyğəmbərimizin (səv) hədislərində Mehdinin (əs) də abadlıq işlərinə böyük önəm verəcəyinə diqqət çəkilir. Mehdiyyət dövründə şəhərlərə sülh və əmin-amanlıqla yanaşı üstün bir mədəniyyət də gətiriləcəkdir. Bu hədislərdən biri belədir:
“Mehdi Konstantiniyyə və digər şəhərlərin abadlığına çalışır” (El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 40)
Zənginlik və əzəmətdən İslamın mənfəəti, Allahın rizası üçün istifadə edilməsi
Hz. Süleyman sahib olduğu zənginliklərdən Allahın dinindən bəhs etmək və İslam əxlaqını dünyaya yaymaq üçün çox gözəl şəkildə istifadə etmişdi. Fəth etdiyi ölkələrdə yaşayan insanları əvvəlcə Allaha iman gətirməyə və təslim olmağa dəvət etmişdi. Səba ölkəsinə göndərdiyi İslama dəvət məktubu bu mövzuda çox mühüm bir sübutdur. “…Rəbbimin mənə verdiyi daha yaxşıdır…” (Kəhf surəsi, 95) ayəsindən də göründüyü kimi, hz.Zülqərneyn Allahın neməti ilə sağlam iqtidara sahib olmuşdur. Bu böyük gücdən yer üzündə fitnə-fəsadın qarşısını almaq üçün istifadə etmişdir.
Hz. Mehdi dövründə də insanlar çox böyük zənginliyə, sülhə və rahatlığa qovuşacaqlar. Mehdi (əs) yer üzünün bütün zənginliyindən Allahın dinini hakim etmək üçün yararlanacaq, fəth etdiyi ölkələrdə gözəl əxlaqı və sülhü əsas götürəcək. Onun tayı-bərabəri olmayan bu üsulları insanların ürəyinin İslam əxlaqına qarşı yumşalmasına səbəb olacaq və İslam əxlaqı çox qısa müddət ərzində bütün dünyaya hakim olacaq. Bu mövzuda hədislərdən bəziləri belədir:
Ümmətim arasında Mehdi çıxacaq, Allah onu insanları zəngin etmək üçün göndərəcəkdir. Ümmət nemətlənəcək, heyvanlar bol-bol yeyib içəcək, ərz bitkisini çıxaracaq… (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)
…Biətdan əvvəl insanlar dəstə-dəstə ona axın edəcəklər və oraya gedən hər kəs ondan bərəkət qazanacaqdır. (Əl-Kavlu’l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, s. 25)