Kobud söz və küfrün yayılması
Axırzaman bir-birilərinə kobud söz və küfrlə müraciət edən insanların sayının artacağı bir dövrdür. Bu vəziyyət hədislərdə belə bildirilmişdir:
Son dövrlərdə yaşayan, bir-biriləri ilə qarşılaşdıqları zaman salamları lənətləşməkdən ibarət olan sərxoş və üsyankar bir nəsil… (Əhməd ibn Hənbəl, Hakim; Son dövrlərlə əlaqəli hədislər, səh. 54)
Bu üç şeylə qarşılaşmadıqca ümmət gözəl bir yolda olacaq: yaxşılıq yox olmadıqca, əxlaqsız uşaqlar çoxalmadıqca, aralarında “essekkarun” zahir olmadıqca.. Dedilər ki: “Essekkarun” nədir? Cavab verdilər: “Axırzamanda gələcək elə bir nəsildir ki, aralarındakı salamları bir-birilərini söymək olacaq. (Qiyamət əlamətləri, səh. 141-142)