Şənbə , Noyabr 30 2024

Lulin kometi

Peyğəmbərimiz (səv) axırzamanda keçən Lulin kometi ilə bağlı çox sayda məlumat vermiş, verdiyi bütün təfərrüatlar eynilə gerçəkləşmişdir.

Vəd edilən Mehdinin zühur əlaməti olan Abbasi Məlik Xorasana çatdığı zaman şərq tərəfdən iki dişli, münəvvər bir buynuz çıxar. (İmam Rabbani, Mektubati-Rebbani 381, mektub səh. 1184)
“ … iki dişli, münəvvər (çox parlaq, aydın) bir buynuz çıxar…” ifadəsi 24 fevral 2009-cu ildə (hicri 1430) dünyaya ən yaxın nöqtədən keçən Lulin kometidir.
“İki dişli” ….

… o sütunun üst tərəfində də iki başı var. İki dişə bənzəyir. İkisi arasında da qısa bir ayrılıq var. (İmam Rabbani, Mektubati-Rabbani 381, mektub səh. 1184)

Lulin kometinin arxa hissəsindəki quyruğun haçalı olması hədisdəki bu ifadə ilə üst-üstə düşür.
Həmçinin, bu komet haqqında hədisdə bildirilən “münəvvər (çox parlaq, aydın)” xüsusiyyəti Lulin kometinin dünyaya yaxınlaşdıqca 6 ulduz parlaqlığı qədər artan aydınlığına işarə edir.
Lulin kometini digər kometlərdən ayıran əsas xüsusiyyət nüvənin ön qismində, yəni irəliləmə istiqamətində də quyruğun olmasıdır.

Sabitlərin seyri məğribdən məşriqədir… Onun hərgünkü irtifi (keçid istiqaməti) isə məşriqdən məğribədir… (İmam Rabbani, Mektubati-Rabbani 381, mektub səh. 1184)
Bütün göy cisimləri məğribdən (qərbdən) məşriqə (şərqə) doğru hərəkət etdiyi halda, Lulin kometi, hədisdə bildirildiyi kimi, şərqdən qərbə doğru hərəkət edir.

HƏMÇİNİN BAX

Kobud söz və küfrün yayılması

Kobud söz və küfrün yayılması Axırzaman bir-birilərinə kobud söz və küfrlə müraciət edən insanların sayının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir