Nuaym ibn Hammad Fitəndə və Əbu Cəfər Muhamməd ibn Əlidən (rə) nəql edirlər. Buyurdu ki:
“Abbasi Xorasana yetişdiyi zaman Şərqdən buynuza bənzər bir ulduz görünəcək. İlk dəfə bu ulduz çıxanda Allah Nuh qövmünü həlak etmişdi. O hz. İbrahim alova atılanda da, Firon qövmü məhv ediləndə də, Yəhya ibn Zəkəriyya öldürüləndə də görünmüşdü. Siz o ulduz çıxdığı zaman fitnələrin şərrindən Allaha sığının. O ulduzun çıxışı günəş və ay tutulmalarından sonra olacaq. SONRA FİTNƏLƏR “ALA QARĞA MİSİRDƏ” ZÜHUR EDƏNƏ QƏDƏR DAVAM EDƏCƏK. (Kitabül Burhan fi elametil Ahirzaman seh.32)
Deyləmi Əbu Əli Mərdanidən, o da Əbuzərdən, o da Rəsulullahdan (səv) nəql edir: Buyurdu ki: Misirdən qureyşli və çökük burunlu biri çıxacaq. O məğlub olacaq, bütün mülkünü itirəcək və Ruma (Romaya) qaçacaq. Rumları ordan İsgəndəriyyəyə gətirəcək, burda müsəlmanlara qarşı vuruşacaq və qan tökəcək. (Mənbə yoxdur)