Peyğəmbərimiz (səv) axırzamanda yaşanacaq hadisələri geniş şəkildə izah edərək ümmətini bu önəmli dövrlə mujdələmişdir. Bu dövrdə yaşanacaq hadisələrin hamısını bir-bir xəbər verən rəsulullah bu hadisələrlə qarşılaşdıqlarında nə etməli olduqlarını da müsəlmanlara bildirmişdir.
Fərat çayının suyunun kəsiləcəyini, Kəbədə qan axıdılacağını, İraqın və Əfqanıstanın işğal ediləcəyini, Ramazan ayında Ay və Günəş tutulmaları olacağını, Halley və Lulin kometalarının keçəcəyini, müsəlmanların lidersiz qalacağını, zalım rəhbərlərin müsəlmanlara əziyyət verəcəyini, İslam aləminin əsir alınacağını, ard-arda fitnələrin olacağını, savaşların və qırğınların yaşanacağını, zəlzələlərin və təbii fəlakətlərin artacağını demiş, bütün bunlar ardıcıl şəkildə həyata keçməyə başlayanda öz soyundan hz.Mehdinin (əs) çıxış vaxtının yaxın olduğunu söyləmişdir. (www.ahirzaman.net saytından mövzu ilə əlaqədar hədisləri və gerçəkləşən hadisələri oxuya bilərsiniz.) Bu hadisələrin baş verdiyini gördükdə artıq hz.Mehdinin (əs) gəldiyini anlayan möminlərin o mübarək şəxsi axtarmaq, necə olsa da, onu tapmaq üçün cəhd etmələrini və onun mənəvi liderliyi altında birləşmələrini buyurmuşdur. Hicri 1400-cü ildən etibarən axırzamanı tərif edən hədislərin bir-bir reallaşması, Allahın izni ilə, Peyğəmbərimizin (səv) xəbər verdiyi dövrdə olduğumuzu göstərir. Bu halda Peyğəmbərimizin (səv) göstərdiyi yola tabe olmaq və hz.Mehdinin gəlişinə (əs) ən gözəl şəkildə hazırlıq etmək ən əsas işimiz olmalıdır. Bu səbəbdən müsəlmanlar zalımların hakimiyyətinin sona çatmasını, zülmün bitməsini istədiklərini dilə gətirərkən hz.Mehdini (əs) görməyi və İslam aləminin birləşməsini istədiklərini də mütləq ifadə etməlidirlər. Fironların, Nəmrudların getməsini istəyən müsəlmanların Musaların, İbrahimlərin gəlməsini də istəmələri şərtdir. Dəccal zülmünün bitməsini istəyən, mehdiyyət gözəlliyinin, sevgi və şəfqətinin hakim olmasını da istəməlidir. Əgər müsəlmanlar Allahın Quranda bildirdiyi kimi, birlik olmasalar, Peyğəmbərimizin (səv) xəbər verdiyi bütün əlamətlərin gerçəkləşdiyini görməməzliyə vurarlarsa və bu baş verən hadisələri adi sosial-siyasi hadisə kimi görərlərsə, Allahın bu hadisələri yaratmasındakı hikmətlərini görə bilməzlərsə, o zaman ümid etdikləri müvəffəqiyyət və uğura nail ola bilməzlər. Yaşadığımız axırzamanda müsəlmanların xilası mehdiyyət və İslam birliyi vəsiləsi ilə olacaq.
Müsəlmanlar birlik ruhunu gücləndirməli, haqq üzərində ittifaq etməlidir
Bütün bu hadisələr baş verərkən müsəlmanlar unutmamalıdırlar ki, “Lə iləhə ilAllah Muhammədən Rəsulullah” deyən hər kəs qardaşdır. İslam aləminin mənəvi bir liderinin olmadığı, müsəlman qanının axdığı bu dövrdə, qardaşlıq, birlik və bərabərlik çox qiymətlidir.
Hansı məzhəbdən, hansı düşüncədən, hansı qrupdan olsalar da, bir müsəlmanın digərini darda qoyması, onun əziyyət altında qalmasına göz yumması mümkün deyil. Müsəlmanlar Peyğəmbərimizin (səv) “Müsəlman müsəlmana zülm etməz və onu təhlükədə qoymaz” sözünü unutmamalıdırlar.
Müsəlman din qardaşının hər zaman üçün yaxşılığını istəməli, özünü düşündüyü kimi, onu da düşünməli, hər hansı bir anlaşılmazlıq olduqda da səbir, şəfqət və sevgi ilə cavab verməli olduğunun şüurundadır. Bu səbəbdən hər bir müsəlman özü və yaxınları üçün istədiyi azadlığı, rahatlığı, rifahı və etibarı digər bütün müsəlmanlar üçün də istəməlidir. “Əsas biz rahat olaq bəsdir”, “əsas biz sərbəst, azad olaq” məntiqi Quran əxlaqına uyğun deyil. Quran əxlaqı müsəlmanların dini, dili, irqi nə olursa olsun, hər insan üçün eyni həyat səviyyəsi istəməyi və təmin etməyi tələb edir. Xüsusilə də kitabı bir, peyğəmbəri bir, Allahı bir olan müsəlmanların rahatlığı, sevinci, təhlükəsizliyi və dincliyi hər müsəlman üçün vicdani bir məsuliyyətdir.
Son günlərdə Bəhreyn və Yəməndə yaşanan hadisələri qiymətləndirərkən də bu həqiqətlərin unudulmaması çox əhəmiyyətlidir. Dövlət idarəçiliyindəki insanlar şiə, sünni, cəfəri, vəhhabi məzhəbindən olsalar belə, hər bir müsəlmanı eyni imkanlarla təmin etməli, hər birinin xoşbəxt və dinc yaşaması üçün cəhd göstərməlidir. Əgər sünni idarəçiliyində şiələr rahat yaşaya bilmirlərsə və ya şiə idarəçiliyi altında sünnilər dinc deyilsə, bu, Quran əxlaqının və Peyğəmbərimizin (səv) sünnəsinin natamam yaşandığını göstərir. İslam əxlaqına görə, idarəçi olan hər bir insan xidmət etmək üçün o vəzifədədir və bütün xalqın təbəqələrə ayrılmadan yaşamasını təmin etməklə mükəlləfdir. Xalqın hüquq və azadlıqlarına qarşı təzyiq və zor tətbiq edərək əngəl olmağa çalışmaq qəbul edilməzdir. Xüsusilə də bu təzyiq və zorakılığın yalnız müəyyən bir qrup insana, müəyyən məzhəbdən və ya düşüncədən olan insanlara yönəldilməsi Allahın razı olmayacağı bir davranışdır.
Buna görə də istəyirik ki, başda Yəmən və Bəhreyn olmaqla, bütün İslam ölkələrində şiə, sünni, vəhhabi, cəfəri ayrı seçkiliyi olmadan hər bir müsəlman gözəl həyat yaşasın. Belə bir dövrdə müsəlmanlar arasına nifaq salmağı hədəfləyən, qardaşı qardaşa qırdırmaq planları təşkil edən insanların da ola biləcəyini gözardı etməmək lazımdır. Bəhreyn və Yəməndə yaşanan hadisələri qardaş savaşına çevirmək istəyənlərə icazə verilməməli və Allahı bir, Kitabı bir, Peyğəmbəri bir olan müsəlmanları bir-birinə düşmən etməyə çalışanların oyunları pozulmalıdır.