Şənbə , Noyabr 30 2024
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Ramazan ayında Ay və Günəş tutulmaları

Ramazan ayında Ay və Günəş tutulmaları

Hz. Mehdinin çıxışı ilə bağlı 2 əlamət vardır: birincisi, Ramazan ayının birinci gecəsində Ayın tutulması, ikincisi, ortasında Günəşin tutulmasıdır. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 49)
Ramazan ayının birinci gecəsində Ay, ortasında isə Günəş tutulacaq. (Kıyamet Alametleri, Berzenci səh. 199)
Onun hakimiyyəti dövründə Ramazan ayının on dördüncü günü Günəş, o ayın əvvəlində isə Ay tutulacaq…(Mektubat-ı Rabbani, 2/1163)
… Günəşin Ramazan ayının ortasında, Ayın isə sonunda tutulması… (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 38)
Ramazan ayında iki dəfə Ay tutulması olacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)
Mehdinin gəlişi Ramazan ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq. (Kıyamet Alametleri, səh. 200)
Mehdinin zühurundan əvvəl Ramazan ayında Günəş iki dəfə tutulacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, Şarani, səh. 440)
Yuxarıdakı rəvayətlərdə nəzərə çarpan əsas məqam həm Ramazan ayının ortasında Günəşin tutulması, həm də “Ay” və “Günəş”in bir ay ərzində iki dəfə tutulmasıdır. Normal şərtlərdə bu, qeyri-mümkündür. Digər axırzaman əlamətlərinin çoxu insanların anlaya biləcəyi, müəyyən səbəblər çərçivəsində reallaşa bilən hadisələrdir.
Bu hədislərdə təsvir edilən hadisələr diqqətlə nəzərdən keçirilsə, rəvayətlərin bir-birindən fərqləndiyi məlum olar. Yuxarıdakı 1, 2 və 3-cü rəvayətlərdə Ayın Ramazan ayının birinci günü, 4-cü rəvayətdə isə sonuncu günü tutulacağı bildirilir. Belə halda ediləcək ən doğru şey eyni hadisə ilə bağlı fərqli rəvayətlərin ortaq cəhətlərini müəyyənləşdirməkdir. Bu hədislərin ortaq cəhəti isə bunlardır:
1. Ramazan ayında Ay və Günəş tutulacaq.
2. Bu tutulmalar 14-15 gün ara ilə baş verəcək.
3. Ay və Günəş Ramazan ayında iki dəfə tutulacaq.
Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (hicri 1401), Ramazan ayının 15-ci günü Ay, 29-cu günü isə Günəş tutulmuşdur. İkinci dəfə 1982-ci ildə (hicri 1402), Ramazan ayının 14-cü günü Ay, 28-ci günü isə Günəş tutulmuşdur.
Ramazan ayının tam ortasında Ay bütövlüklə (bədr şəklində) tutulmuşdur. Bu isə diqqət çəkən, olduqca mühüm bir hadisədir.
Bu hadisələr hz. Mehdinin digər çıxış əlamətləri

ilə eyni dövrdə baş vermiş və hicri 14-cü əsrin əvvəlində ard-arda iki il (1401-1402) möcüzəvi şəkildə təkrarlanmışdır. Rəvayətlərdə bəhs edilənlər bu hadisələrə işarə edə bilər. Doğrusunu Allah bilir.

HƏMÇİNİN BAX

Kobud söz və küfrün yayılması

Kobud söz və küfrün yayılması Axırzaman bir-birilərinə kobud söz və küfrlə müraciət edən insanların sayının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir