Şənbə , Noyabr 30 2024
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Saxta mehdilərin çıxışı hz. Mehdinin çıxış əlamətlərindəndir

Saxta mehdilərin çıxışı hz. Mehdinin çıxış əlamətlərindəndir

Bir çox yerdə qarşılaşdığımız saxta mehdilərin ortaya çıxması hz. Mehdinin çıxış əlamətlərindəndir. Peyğəmbərimiz (səv) bir çox hədisində bunu bildirmişdir:

Hər biri Allahın Rəsulu olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikcə Qiyamət qopmayacaq. (Tirmizi, Fiten: 43; Ebu Davud, Melahim: 16)

Hər biri özünün tək məbud olan Allah tərəfindən elçi olaraq göndərildiyini iddia edən altmış yalançının çıxması. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 36)

Hz. Mehdinin (əs) mehdilik iddiası olmayacaq. Hətta müsəlmanların başına belə ölüm təhdidi ilə keçiriləcək.

İnsanlar, nəhayət, Mehdinin yanına gələrlər və rükn (müqəddəs Kəbənin 4 küncü) ilə məqam (məqami-İbrahim) arasında özü istəmədiyi halda, ona beyət edərlər. “Əgər qəbul etməsən, boynunu vurarıq”-deyərlər. Yer və göy əhli ondan razı olar.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman nəşriyyatı, səh. 31)

Axırda istəmədiyi halda, Bədr əhlinin sayı qədər insan ona rükn ilə məqam arasında beyət edər.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman nəşriyyatı, səh. 34)

…Və sonra istəmədiyi halda, beyətlərini qəbul edər. Əgər siz ona yetişsəniz, ona beyət edin. Çünki o, yerdə də, göydə də Mehdidir.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman nəşriyyatı, səh. 35)

Yəni Mehdi (əs) mehdilik iddia etməyəcək. Mehdilik iddia edən saxta mehdilər də məğlub olacaqlar.

 

HƏMÇİNİN BAX

Kobud söz və küfrün yayılması

Kobud söz və küfrün yayılması Axırzaman bir-birilərinə kobud söz və küfrlə müraciət edən insanların sayının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir