Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Ayətlərdə Hz.Mehdi(ə.s) / Tövratda Hz.Mehdi (ə.s) haqqında / Yəhudi mənbələrində hz.Mehdinin (ə.s) gəlişindən əvvəlki dövrün xüsusiyyətləri

Yəhudi mənbələrində hz.Mehdinin (ə.s) gəlişindən əvvəlki dövrün xüsusiyyətləri

Nə bəxtiyardır mülayim ruhlu olanlar! Çünki onlar yer üzünün varisi olacaqlar.

(Matta, 5:5)

Bu hadisələr baş verməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki bu, qurtuluş dövrünüzün yaxınlaşdığını bildirir. İsa onlara bir məsəl də çəkdi: Əncir ağacına və bütün ağaclara baxın. Onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır. Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allah’ın Padşahlığı yaxınlaşıb.

(Luka, 21:28-31)

Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər oğlu (hz. İsa (ə.s) ) yaxındadır, lap qapıdadır.

(Matta, 24:32-33)

Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allah’ın ehtişamı oranı işıqlandırır… Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq və əbədi olaraq hökmranlıq verəcəkdir.(Vəhy,21:23, 22:5)

…”Qanunlarımı onların zehinlərinə qoyub ürəklərinə yazacağam… Mən onların Allah’ı, Onlar da Mənim xalqım olacaq. Heç kim öz həmvətənini yaxud qardaşını  deyib öyrətməyəcək.Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.

(İbranilərə məktub, 8:10-11)

…Bəşər oğlunun (hz. İsanın (ə.s)) gəlişi şərqdə çaxaraq qərbə qədər yayılan və hər tərəfdən görünən şimşəyə bənzəyəcəkdir. (İman işığı bütün dünyanı bürüyəcəkdir)

(Matta, 24:27)

O gün qadın və kişi qullarımın üzərinə Ruhumdan üfləyəcəyəm. Onlar da peyğəmbərlərin əxlaqı kimi bir əxlaqa sahib olacaqlar.

(Həvarilərin işleri, 2:18)

Bunu bil ki, son günlərdə… (gerçəyə qarşı gələnlər) pozulmuş düşüncəyə və imansız bir əxlaq tərzinə sahib insanlardır. Amma onlar daha da irəliyə gedə bilməyəcəklər. Çünki…bunların da ağılsızlıqlarını hər kəs açıq şəkildə görəcəkdir.

(Paulun Timoteyə ikinci məktubu,3:1, 8-9)

…Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?

(Yaqubun mektubu, 2:5)

Bundan sonra yeni bir göy və yeni bir yer gördüm… Artıq nə yas, nə nalə, nə də ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi.

(Vəhy, 1-4)

İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri onun yanına gəldi. İsa danışmağa başladı və onları öyrədərək dedi: “Nə bəxtiyardır ruhən zəngin olanlar! Çünki Səmavi Padşahlıq onlarındır… Onlar təsəlli tapacaq. Nə bəxtiyardır mülayim ruhlu olanlar! Çünki onlar yer üzünün varisi olacaqlar. Nə bəxtiyardır doğruluq üçün acıb-susayanlar! Çünki onlar doyurulacaqlar. Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar!… Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allah’ın qulları adlanacaq. Nə bəxtiyardır doğruluq uğrunda mübarizələrinə görə zülmə uğrayanlar! Çünki Səmavi Padşahlıq onlarındır.

(Matta, 5:1-10)

Millətlər şəhərin işığında gəzəcəklər, dünya padşahları öz sərvətlərini oraya gətirəcəklər. Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. Millətlərin var-dövləti və bütün sərvəti oraya gətiriləcək.

(Vəhy, 21:24-26)

O, qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi qulu Davudun nəslindən bizə qüdrətli xilaskar (hz. Mehdi (ə.s) ) yetirdi. Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.

(Luka, 1:69-71)

…Yazıldığı kimi: “Xilaskar (hz. Mehdi (ə.s) ) … gələcək, Yaqub nəslindən Allah’sızlığı uzaqlaşdıracaq.”

(Paulun romanlılara məktubu, 11:26)

…Xalqları bir daha yolundan uzaqlaşdırmaması üçün onu (dəccalı) dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi…

(Vəhy, 20:3)

…Bu vədlər vasitəsilə nəfsin dünyada səbəb olduğu pozğunluqdan qaçaraq Allah yolunda addımlayın.. .

(Peterə ikinci məktub, 1:4)

HƏMÇİNİN BAX

Yəhudi mənbələrində hz.Mehdinin (ə.s) xüsusiyyətləri

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir