Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Ayətlərdə Hz.Mehdi(ə.s) / Tövratda Hz.Mehdi (ə.s) haqqında / Yəhudi mənbələrində hz.Mehdinin (ə.s) xüsusiyyətləri

Yəhudi mənbələrində hz.Mehdinin (ə.s) xüsusiyyətləri

O dövrdə (hz. Mehdi (ə.s) dövründə) … bütün dünya Allah`ı tanıyacaq…

(Maimonides, Mişna Tora, Padşahların qanunları 12:5)

…Üzlərində əbədi sevinc olacaq, … onlar sevinc və şadlıq tapacaq, kədər və qəm-qüssə yox olacaq.

(Yeşaya, 51:11)

O dövrdə (hz. Mehdi (ə.s) dövründə)… … gizli gerçəkləri qavrayacaqlar və insanlar anlaya biləcəkləri qədər Yaradıcının ağlını dərk edəcəklər. Çünki bu cür yazılmışdır: “Yer üzü suyun dənizi örtüb əhatə etdiyi kimi Allah`ın elmi ilə dolacağı üçün…

(Maimonides, Mişna Tora, Padşahların qanunları 12:5)

…Son günlərdə… Rəbb bir çox xalqlar arasındakı anlaşılmazlıqları aradan qaldıracaq. İnsanlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. … Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək.

(Yeşaya, 2:2-4; Mika, 4:1-3)

……”Yığdıqları silahları yandıracaqlar. İstər kiçik, istərsə böyük olan hər bir qalxanı, kamanı, oxları, dəyənəkləri, nizələri oda atacaqlar… Onları yandırmaq üçün silahlardan istifadə edəcəklər…” Xudavənd Rəbb belə bəyan edir.

(Yezekel, 39:9-10)

O gün qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə çəpiş birgə yatacaq, buzov, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq, onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq, Onların balaları bir yerdə yatacaq, şir də buğa kimi saman yeyəcək. Südəmər körpə əfi ilanın yuvası üstündə oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzənin yuvasına salacaq……Heç kimə zərər dəyməyəcək, məhv etməyəcək…

(Yeşaya, 11:6-9)

O vaxt (hz. Mehdi (ə.s)) dövründə) … korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək…

(Yeşaya, 35:5-6)

……Səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək…

(Yeşaya, 35:6-7)

…Buğdaya əmr edib onu çoxaldacağam……ağacların meyvəsini, tarlaların məhsulunu çoxaldacağam.

(Yezekel, 36:29-30)

O dövrdə (hz. Mehdi (ə.s)) dövründə … nə qıtlıq, nə müharibə, nə həsəd, nə də rəqabət olacaq.Çünki yaxşı olan hər şey bol olacaq və insanlar məmnun olacaqları hər şeyə toz qədər rahat çatacaqlar.

(Maimonides, Mişna Tora, Padşahların qanunları 12:5)

…Yol boyunca bəslənəcək, hər çılpaq təpədə otlaq tapacaqlar. … Onlar nə ac, nə də susuz qalacaq…

(Yeşaya, 49:9-10)

Davud oğlunun (Hz. Mehdinin (ə.s)) gələcəyi zamanda… … bütün yabanı ağaclar meyvə verəcəklər; çünki bu cür yazılmışdır: Bütün ağaclar, əncir ağacları, üzüm bağları da məhsul verir. [Yoel, 2:22]

(Talmud, Kethuboth 112b)

Rəbb bütün dünyanın padşahı olacaq. … O gün, yalnız Rəbb, Onun adı ucalacaq.

(Zəkəriyyə, 14:9)

…Sular dənizi necə doldurursa, dünya da Rəbbin biliyi ilə elə dolacaq.

(Yeşaya, 11:9)

……Hamı Rəbbin izzətini, Allah’ımızın əzəmətini görəcək.

(Yeşaya, 35:2)

…O gün yalnız Rəbb ucaldılacaq. … Bütlər tamamilə aradan götürüləcək.

(Yeşaya, 2:17-18)

…… Buyruqlarıma diqqət yetirəcək, qayda-qanunlarıma itaət edəcək, onları tətbiq edəcəklər.

(Yezekel, 37:24)

… Artıq bütləri, iyrənc şeyləri və üsyanları ilə özlərini çirkləndirməyəcəklər. Onları yaşadıqları və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm…

(Yezekel, 37:23-24)

…(Hz. Mehdi (ə.s)) dövründə xalq) … haqsızlıq etməyəcək, yalan söyləməyəcək, heç kimi aldatmayacaq.

(Sefanya 3:13)

Sonra ədalət səhralara qədər hər yerə yayılacaq, doğruluq meyvə bağında belə yaşanacaq.

(Yeşaya, 32:16)

……Doyunca yeyib ölkənizdə rahat yaşayacaqsınız. Ölkənizdə sülh yaradacağam. Qorxu içində yatmayacaqsınız. Yırtıcı heyvanları ölkənizdən qovacağam və müharibə üzü görməyəcəksiniz.

(Levililer, 26:5-6)

……Viran olmuş şəhərləri bərpa edib orada məskən salacaqlar…

(Amos, 9:14)

Məsih (hz. Mehdi (ə.s)) dövründə çox az əməklə daha çox müvəffəqiyyət qazanacaqlar.

(Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

Məsih (hz. Mehdi (ə.s)) dövrü …… ağıllı insanların sayının artacağı bir dövr olacaq.

(Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

O günlərdə (hz. Mehdi (ə.s) dövründə) ……bilgi, ağıl və həqiqət dünyada yayılacaq… çünki bu cür yazılmışdır:”Daş kimi qatılaşmış qəlblərinizi sizdən alacağam.”

(Maimonides, Mişna Tora, Tövbe 9:2)

 

HƏMÇİNİN BAX

Yəhudi mənbələrində hz.Mehdinin (ə.s) gəlişindən əvvəlki dövrün xüsusiyyətləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir