Yoxsullar çoxalacaq. (Ölüm-Kiyamet-Ahiret və Ahirzaman alametleri, səh. 455)
Aclıq və həyat bahalılığı çox geniş yayılacaq. (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman alametleri, səh. 440)
Dəccalın zühurundan üç il əvvəl olduqca böhranlı günlər olacaq, aclıq hökm sürəcək… (Kiyamet alametleri, səh. 220)
Bu gün dünyanın hər tərəfində yoxsulluqdan əziyyət çəkən, çətin şəraitdə yaşayan, sığınacaq yer tapa bilməyən insanlar var. Bu vəziyyət Afrika, Asiya, Cənubi Amerika başda olmaqla, Amerika və Avropa ölkələrində də intensiv olaraq davam edir. İnsanların az bir qismi böyük zənginlik içində yaşadığı halda, 2 milyarda yaxın insan aclıqla mübarizə aparır. 1999-cu ilin sonlarında yazılan bir məqalədə dünyadakı vəziyyət belə təsvir olunur:
“Yeni minilliyə addım atarkən hər gün aclıqdan 35000 uşağın həyatını itirdiyi bir dünya ilə qarşı-qarşıyayıq. Bu da hər 2,5 saniyədə bir uşağın öldüyünü göstərir. Elə bir dünya ki, gün keçdikcə yoxsul insanların sayı artır və son zamanlarda bu göstərici 1,5 milyarddır. Bu, Çinin əhalisindən daha çox, Avropa İttifaqının ümumi əhalisinin dörd mislinə bərabərdir.”
Hazırda dünyada yoxsulluq çox ciddi həddə çatmışdır. BMT Uşaq Fondunun (UNİCEF) son hesabatına əsasən, dünya əhalisinin dörddə bir hissəsi “ağlasığmaz çətinlik və yoxsulluq şəraitində” yaşayır.
Şübhəsiz ki, tarix boyu aclıq və səfalət həmişə olmuşdur. Lakin Peyğəmbərimiz (səv) axırzamanda yoxsulluq səviyyəsinin ən yüksək həddə çatacağını bildirmişdir. Dövrümüzdə böyük miqyasda davam edən bu vəziyyət Peyğəmbərimizin (səv) 1400 il əvvəl bildirdiyi hədislərin doğruluğunu və axırzamanda yaşadığımızı bir daha sübut edir.