Şənbə , Noyabr 30 2024
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Yusif qissəsindən axırzamana və axırzaman münafiqlərinə işarə edən ayələr

Yusif qissəsindən axırzamana və axırzaman münafiqlərinə işarə edən ayələr

“Yusifi ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız” (Yusif surəsi, 9)

“Yusifi öldürün…” Birbaşa öldürmə təlimatı verilir. Münafiqlərin birinci istəyi öldürməkdir. Hz. Öməri, hz. Osmanı, hz. Əlini və onların övladlarını şəhid etdilər. Hər zaman münafiqlərin istəyi bu olub. Münafiq söyür, qışqırıb bağırır, ancaq ürəyi soyumur. Əsas istəyi öldürmək, şəhid etməkdir.
“…ki atanız ancaq sizə məhəbbət bəsləsin…” Münafiqin paxıllığından irəli gələn ruhi xəstəliyini bu ayədən anlayırıq. Həsəd aparmaq əsas dərdidir. Özünün böyük olmasını istəyir, dərdi budur.

“…bundan sonra siz əməlisalehlərdən olarsınız…” Münafiq müsəlmanı öldürmək üçün plan qurarkən eyni zamanda da mükəmməl bir mömin olduğunu iddia edir. Özünün əməlisaleh olduğunu və insanları əməlisaleh etməyə çalışdığını iddia edir.

“Onlar dedilər: ‘Ey atamız! Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq.” (Yusif surəsi, 11)

“Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən?”- “Sən bizə etibar etmirsən?” demək münafiqin taktikasıdır. Münafiq onlara etibar etmələrini, onların dürüst insanlar olduqlarını iddia edərək ətrafında müttəfiq axtarır.
“…biz ona xeyir arzulayırıq.” Münafiq “xeyir arzuladığını” iddia edir. “Biz yaxşılıq üçün müsəlmanların parçalanmasını istəyirik. Darvinizmlə, İngiltərə dərin dövləti ilə mübarizə aparmağa ehtiyac yoxdur, biz yaxşılıq edirik”- deyirlər.

“Sabah onu bizimlə göndərsən, bir qədər əylənib oynayar. Biz onu mütləq qoruyarıq!” (Yusif surəsi, 12)

Münafiq hər zaman yaxşılıq etmək istədiyini iddia edir. “Bizimlə gəlsin, istədiyi qədər gəzsin, oynasın, əylənsin. Biz onu mütləq qoruyarıq”-deyirlər. Münafiqlər tarix boyu həmişə eyni iddia ilə ortaya çıxıblar.

“O dedi: ‘Onu aparmağınız məni narahat edir. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda canavar onu yesin.” (Yusif surəsi, 13)

Münafiq möminlərdə daima zəif cəhət axtarır ki, oradan hücum etsin. “Qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda canavar onu yesin” demək həm münafiqə zəifliyi bildirmək, həm də yol göstərməkdir. Müsəlman əsla zəif cəhətini göstərməməli, şeytana qapı açmamalıdır.

“Onlar dedilər: ‘Biz bütöv bir dəstə olduğumuz halda canavar onu yesə, demək biz ziyana uğrayanlarıq.” (Yusif surəsi, 14)

“Bütöv bir dəstə olduğumuz halda”- Münafiqlər say baxımından az olur, ancaq hər zaman bir-birilərini qoruduqlarını iddia edirlər və birlikdə hərəkət edir, birlikdə hücum edirlər. “Biz heç Yusifə bir şey olmasına icazə verərikmi, güclüyük, onu qoruyarıq”-deyə yalan deyirlər. Himayəçi olduqlarını iddia edirlər.

(Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: ‘Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən’. (Yusif surəsi, 15)

“Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəldilər.” (Yusif surəsi, 16)

Ağlamaq münafiqin hiyləgərliyini, fırıldaqçılığını göstərir. Axşam çağını seçirlər, çünki axşam vaxtları müdafiə üçün çətin vaxtlardır. Bu cür hiylələr üçün axşam çağı seçilir.

Dedilər: ‘Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən’. (Yusif surəsi, 17)

Münafiqin yalanları çox bərbad, çox saxta olur. “Doğru danışsaq da, inanmayacaqsan” deyərək yalan danışmadığı iddiasını israrla davam etdirir, özünə inanmaları üçün səy göstərir. Münafiq müsəlmanların əleyhində dəlil də göstərə bilər, “sizə iftira atmaq üçün hiylə qura bilərlər, diqqətli olun”-deyir Allah.

HƏMÇİNİN BAX

Kobud söz və küfrün yayılması

Kobud söz və küfrün yayılması Axırzaman bir-birilərinə kobud söz və küfrlə müraciət edən insanların sayının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir